RİİB-in təşkilatçılığı ilə Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib
28.04.2017 [09:17]
Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə aprelin 20-dən 25-dək “Şəki-Zaqatala regionunda tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda təlim kursu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, respublikanın əsas turizm bölgələrindən olan Şəki-Zaqatalanı əhatə edən budəfəki təlimi Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri aparıb. Kursda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında turizm və mədəniyyət sahəsində çalışan 18 nəfərdən ibarət qrup iştirak edib.
Dünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyası (WFTGA), eləcə də Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri üzrə proqramları əsasında təşkil olunan təlimlərdə iştirakçılara nəzəri və praktik biliklər, turizm qanunvericiliyi, bədən dili və digər istiqamətlər öyrədilib. Həmçinin regionun turizm marşrutları üzrə turların texniki tərəfləri, bələdçi texnikası, müxtəlif turların iştirakçıları, o cümlədən turistlərlə kommunikasiyanın düzgün qurulması mövzularında mühazirə və diskussiyalar təşkil edilib. Gələcək bələdçilər Şəki-Zaqatala regionunda turizmin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.
Təlim çərçivəsində Balakən və Qax rayonlarının tarixi və mədəniyyət abidələrinə, o cümlədən Qum Bazilikası, Kürmük və Yeddi Kilsə məbədlərinə, qədim məscidlərə tematik turlar da təşkil olunub.
Layihə iştirakçıları bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiyadan keçirilib.
Kursu bitirənlərə sertifikatlar, təlimdə fərqlənən və attestasiyadan keçən 9 iştirakçıya isə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə verilib.
Xatırladaq ki, RİİB 2016-cı ildə İsmayıllı və Quba-Xaçmaz regionlarında da analoji kurslar təşkil edib. Təlim kurslarının digər turizm bölgələrində də keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33

