Ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin ifadəsi
11.05.2017 [10:21]
Mayın 10-da Ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını on minlərlə insan ziyarət edib
Fəaliyyətinin bütün dövrlərində xalqı üçün əvəzolunmaz xidmətlər göstərmiş, müstəqil Azərbaycanı dünyada tanıtmış Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib. Burada yaşanan izdiham xalqın Ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürünə çevrilib.
Fəxri xiyabana üz tutan hər kəs Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli liderin Azərbaycan naminə gördüyü işlər Ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.
Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.
Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin təxminən 35 illik çox mühüm dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırdılar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrinə rast gəlmək olurdu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli-mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsi qarşısında baş əyirdilər.
AZƏRTAC-ın müxbirləri Fəxri xiyabanı ziyarət edən müxtəlif nəsillərin nümayəndələrindən, ayrı-ayrı peşə sahiblərindən müsahibələr alıblar.
Hər zaman elm adamlarına, mədəniyyət xadimlərinə, yaradıcı insanlara böyük diqqət və qayğı göstərən Ümummilli liderin xatirəsi bu gün də onlar tərəfindən böyük ehtiramla yad edilir.
“Hamı kimi mən də Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirmək üçün hər il Fəxri xiyabana gəlirəm. Heydər Əliyevin və Zərifə xanımın abidələrinə böyük məmnunluq hissi ilə baxıram. Onların abidələrini ən dəyərli əsərlərimdən sayıram. Bu abidələrə baxanda həmişə bir müəllif kimi qürur hissi keçirirəm. Taleyimə minnətdaram ki, Ulu öndərin məzarüstü abidəsini və Zərifə xanımın abidəsini yaratmaq səadəti mənə nəsib olub”, - deyə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bildirib.
Ulu öndərin bu və digər xidmətlərini minnətdarlıq hissi ilə xatırladan Ömər Eldarov deyib ki, Heydər Əliyev müdrik siyasəti, əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının həyata keçməsinə nail olub, xalqımızın müstəqillik arzusunu gerçəkləşdirib. Bu dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasında və inkişafında da rolu ölçüyəgəlməzdir. Ümummilli lider mədəniyyət və incəsənət xadimlərinə həmişə xüsusi diqqət göstərib. Bunu, ilk növbədə, Onun daxili tələbatı ilə, bioqrafiyasındakı bəzi faktlarla izah etmək olar. Axı O, arxitektor, rəssam olmaq istəyirdi. Sovet illərində Ulu öndərin böyük diqqət və qayğısı sayəsində Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimləri Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı söhbətə qoşularaq bildirib ki, Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında xidmətləri əvəzsizdir.
“Ulu öndər həmişə elm, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Heydər Əliyev çağdaş Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanaraq tarixi şəxsiyyətə çevrilib. Ölkəmizin qazandığı uğurlar məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır”, - deyə M.Qasımlı vurğulayıb.
Fəxri xiyabana gələnlər arasında gənclər çoxluq təşkil edirdilər. Bu da təsadüfi deyil. Xalqımızın Ümummilli lideri Heydər Əliyev savadlı, bacarıqlı, vətənpərvər gənclərə daim qayğı ilə yanaşır, onlara böyük etimad bəsləyirdi. Onun gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğı yaddaşlardan silinməyib və bu gün də ehtiramla anılır.
Hər il Ulu öndər Heydər Əliyevin doğum günündə dostları ilə Fəxri xiyabana gələrək dahi liderin məzarını ziyarət etdiyini və bunu özünə mənəvi borc saydığını vurğulayan Nəzərbəy Hacıağayev deyib: “Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirirdi. Bütün bunlar Azərbaycan gəncliyinin həyatında dərin izlər buraxıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə əhalinin rifah halının yaxşılaşdırılmasına çalışırdı. Xüsusən müstəqil ölkəmizdə etibarlı sosial müdafiə sisteminin qurulması üçün ardıcıl tədbirlər həyata keçirir, bu istiqamətdə mühüm fərman və sərəncamlar imzalayırdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Ümummilli lider Heydər Əliyev müstəqil ölkənin güclü iqtisadi potensialının formalaşdırılmasına yönələn uğurlu islahatların müəllifi olmaqla yanaşı, eyni zamanda, yeni iqtisadi münasibətlərə uyğun etibarlı sosial müdafiə sisteminin qurulması, milli iqtisadiyyatın sosialyönümlü inkişafı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.
“Ulu öndərin müdrik və uzaqgörən siyasi kursunun 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün sahələrdə olduğu kimi, sosial sahədə də ölkəmizin mühüm nailiyyətlər əldə etməsinə imkan verib”, - deyə Elman Babayev qeyd edib.
Fəxri xiyabana ziyarətçilər arasında Azərbaycanın bütün guşələrindən gələn insanları da görmək olardı. Onlardan biri - Gəncə sakini, xalça ustası Mətləb İmanov deyib: “Ulu öndərin həm doğum günündə, həm də anım günündə Fəxri xiyabana gələrək məzarını ziyarət edirəm. Ömrümün sonunadək də hər il ziyarətə gələcəyəm”.
Xalça ustası 2014-cü ildə üzərində Ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın yanaşı təsviri olan xalça toxuduğunu söyləyib.
* * *
Fəxri xiyabana insan axınının ardı-arası kəsilmirdi. Bu insanlar özlərinin Ümummilli liderinə, Xilaskarına dərin ehtiramlarını ifadə etmək üçün axın-axın buraya gəlirdilər.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə yurd salmaq heç də bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları gələcəyə gedən yollarımızı hələ uzun illərboyu işıqlandıracaq.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

