/ / “Yeni Azərbaycan” qəzetində KİV əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərinə uyğun olaraq namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib
“Yeni Azərbaycan” qəzetində KİV əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərinə uyğun olaraq namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib
24.05.2017 [10:03]
Mayın 23-də “Yeni Azərbaycan” qəzetində kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərinə uyğun olaraq namizədlərin müəyyənləşdirilməsi ilə bağlı ümumi iclas keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyanın sədri Vüqar Səfərli və kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyanın üzvü “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev iştirak ediblər.
İclası giriş sözü ilə açan Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkəmizdə KİV-in inkişafına göstərilən dövlət dəstəyi haqqında danışıb. Hikmət Babaoğlu bildirib ki, müasir dövrdə Azərbaycanda mətbuata dövlət qayğısı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Millət vəkilinin sözlərinə görə, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atıldığını diqqətə çatdıran Hikmət Babaoğlu ölkəmizdə media nümayəndələrinə mənzillərin verilməsi ənənəsinin olduğunu bildirib. Baş redaktor qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan mətbuatının böyük hamisidir: “KİV-in inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi, KİVDF-nin yaradılması, onun yüksək səviyyəli fəaliyyətinin təmin olunması, o cümlədən jurnalistlərə mənzillərin verilməsi ölkəmizdə azad medianın inkişafında yeni mərhələnin əsasını qoyub. Xüsusilə, media təmsilçilərinin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar olduqca böyük bir hadisədir”.
Çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Fondun fəaliyyət istiqamətlərindən danışıb. 2010-cu ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamda jurnalistlər üçün yaşayış evlərinin tikilməsinin nəzərdə tutulduğunu bildirən V.Səfərli 2013-cü ildə birinci binanın tikilərək media mənsublarının ixtiyarına verildiyini söyləyib. Birinci binanın açılış mərasiminin ardından Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda isə ikinci binanın tikilməsinin nəzərdə tutulduğunu söyləyən Komissiya sədri artıq ikinci binanın da hazır olduğunu və qarşıdan gələn Milli Mətbuat günündə jurnalistlərin istifadəsinə veriləcəyini deyib. Bu prosesin davamlı olacağına əminliyini ifadə edən V.Səfərli artıq KİV-lərdə namizədlərin irəli sürülməsi ilə bağlı iclasların keçirildiyini diqqətə çatdırıb. Daha sonra KİV əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri haqqında geniş məlumat verən V.Səfərli bu prosesdə şəffaflığın təmin edilməsi üçün bütün lazımi addımların atılacağını deyib.
Çıxış edən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların təqdirəlayiq olduğunu deyib.
Daha sonra KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyanın elan etdiyi şərtlərə uyğun olaraq “Yeni Azərbaycan” qəzetinin namizədləri müəyyənləşdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

