/ / Bakıda “Müasir dövlət qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” mövzusunda konfrans keçirilir
Bakıda “Müasir dövlət qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” mövzusunda konfrans keçirilir
06.06.2017 [09:38]
Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə icra etdiyi “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” layihəsi çərçivəsində iyunun 5-də Bakıda “Müasir dövlət qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” mövzusunda yekun konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi dövlət qulluğu məsələlərinin hazırkı vəziyyətinin müzakirə olunması, bu sahədə təcrübə və biliklərin mübadiləsini aparmaqdır.
İkigünlük konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, on iki nazirliyin, üç dövlət xidmətinin, üç dövlət komitəsinin, Heydər Əliyev Fondunun, məhkəmə-hüquq orqanlarının, qırxa yaxın rayon icra hakimiyyətinin nümayəndələri iştirak edirlər.
Tədbiri açan Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ölkəmizdə dövlət qulluğu sistemində əldə edilən inkişaf barədə danışıb. Bildirib ki, konfrans və birgə layihə çərçivəsində həyata keçirilən tədbirlər Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə uyğun gəlir və Azərbaycanda səmərəli dövlət qulluğu institutunun formalaşmasına yardım edəcək. Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını deyən rektor ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. O, Ulu öndərin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması ilə bağlı hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərindən söz açıb.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında dövlət qulluqçularının mühüm rolunu vurğulayıb. Qeyd edib ki, dövlət qulluğu ölkədə qürur və fəxr mənbəyi olmalıdır. Texniki baxımdan səmərəli, eləcə də geniş əhali təbəqələrinin ehtiyaclarına cavab verən siyasətin hazırlanmasında peşəkar dövlət qulluqçuları əsas rol oynayır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycanda dövlət qulluqçularının hazırlanması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, hazırda müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı sahəsində çoxşaxəli vəzifələri yerinə yetirən Azərbaycan dövləti cəmiyyətin tələblərinə uyğun olaraq, xalqımızın istək və arzularının daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət idarəçiliyi sisteminin formalaşdırılmasını prioritet fəaliyyət sahələrindən biri kimi diqqət mərkəzində saxlayır. Dövlət qulluğu Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində, mədəni inkişafında və bütövlükdə cəmiyyət həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən fəaliyyət sahəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu işə öz töhfəsini verir.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56

