“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının təqdimatı olub
09.06.2017 [11:20]
İyunun 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində nəşr olunan “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alimlərin və mütəxəssislərin iştirak etdikləri mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının önəmindən danışıb.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu vurğulayan Ə.Amaşov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, kitab müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamanı - Məclisi-Məbusanının fəaliyyətinə dair “Azərbaycan” qəzetində dərc olunmuş hesabatlar və şərhlərdən bəhs edir.
“Azərbaycan” qəzeti 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin salnaməsi olub. Qəzetdə parlament həyatına aid dəyərli hesabatlar və şərhlər var. Nəşr tariximizin bu mötəbər mənbəyini öyrənmək istəyən hər bir oxucu üçün faydalıdır.
Kitabdakı materialları araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, lüğətin tərtibçisi professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Ə.Amaşov professor Şirməmməd Hüseynovun dərin elmi araşdırmalarının nəticəsi olan bu kitabın dəyərli tarixi mənbə olduğunu vurğulayıb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, fəaliyyətindən bəhs edib.
Bildirilib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul olunub. Bu tarixi hadisə heç zaman unudulmayacaq. Azərbaycan Xalq Cümhuriyyəti böyük mübarizələrin bəhrəsidir, onu yaradanlar daim sonsuz sevgi və məhəbbətlə anılacaqlar. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının tariximiz, elmimiz, mədəniyyətimiz üçün dəyərli töhfə olduğunu vurğulayan R.Hüseynov bu böyük salnamənin professor Şirməmməd Hüseynovun əvəzsiz xidmətlərinin bəhrəsi olduğunu diqqətə çatdırıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının keçdikləri çətin və şərəfli mübarizə yollarından danışıb.
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabı haqqında fikirlərini bölüşən B.Sadıqov bu nəşrin tariximiz üçün dəyərli mənbə olduğunu bildirib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, deputat Fazil Qəzənfəroğlu, professor Cahangir Məmmədli və digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, təqdim olunan kitabın əhəmiyyətindən bəhs ediblər.
Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin çox əlamətdar, unudulmaz hadisəsi olduğunu vurğulayıb, müasir müstəqil dövlətimizin uğurlarından danışıb.
Alim, eyni zamanda, tariximizin daha dərindən araşdırılmasının, tədqiq olunmasının, öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxSosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35

