Amerikalı tələbələr Azərbaycan dilini öyrənəcəklər
09.06.2017 [11:17]
İyunun 8-də Azərbaycan Dillər Universiteti (ADU) və ABŞ Dövlət Departamenti Amerika Şurasının birgə layihəsi olan CLS (Önəmli dil təqaüdü) proqramının təqdimat mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Mərasimdə ADU-nun rektoru, professor Kamal Abdulla, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşıp, eyni zamanda, tələbələrə Azərbaycan dilini tədris edəcək müəllimlər iştirak ediblər.
Amerikalı tələbələri universitetdə görməkdən məmnun olduğunu deyən dosent J.Qəribova onların 8 həftə ərzində Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaqlarını, Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarət edəcəklərini söyləyib. Proqram çərçivəsində 8 amerikalı tələbənin 8 həftə ərzində Azərbaycan dili və mədəniyyətini öyrənmələrinin nəzərdə tutulduğunu bildirən J.Qəribova proqramın icrasında göstərdikləri dəstəyə görə ABŞ-ın ölkəmizdəki səfirliyinə və ABŞ konsulluğunun əməkdaşlarına təşəkkürünü bildirib.
Amerikalı tələbələri salamlayan Kamal Abdulla onları ADU-da görməkdən məmnun olduğunu deyib. O, 2003-cü ildə ABŞ-ın Kolumbiya Universitetində “Avrasiyaçılıq və onun tarixi perspektivləri” adlı mühazirə ilə çıxış etdiyini və bu ölkənin tarixi, mədəniyyəti haqqında onda xoş təəssüratların yarandığını deyib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunduğunu qeyd edən K.Abdulla Azərbaycanın multikultural dəyərləri və mühitinin onun inkişafında önəmli aspekt olduğunu sözlərinə əlavə edib. O, amerikalı tələbələrin ölkəmizdə Şərqlə Qərbin mənəvi birləşməsinin şahidi ola biləcəklərini vurğulayıb və onların Azərbaycan dilinə yiyələnməklə ölkəmizin multikultural dəyərlərini, tarixini, psixologiyasını daha yaxından öyrənəcəklərini deyib. Amerikalı alim Noel Çomskinin məşhur “Dil yalnız strukturdan ibarət deyil” sözlərini xatırladan rektor dil vasitəsilə xalqın keçmişi və psixologiyasına nüfuz etməyin mümkünlüyünü qeyd edib.
ABŞ səfirliyinin müşaviri Emi Pitersen amerikalı tələbələrin universitetdə Azərbaycan dilinə yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını deyib. Müxtəlifliyi anlamağın məhz dil vasitəsilə mümkün olduğunu söyləyən E.Pitersen tələbələrə uğurlar arzulayıb.
Sonda K.Abdulla tələbələrə proqram çərçivəsində universitetdə olduqları müddət ərzində dəstək veriləcəyini, onların dilimizə yiyələnmələri üçün hər cür şəraitin yaradılacağını söyləyib və onlara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

