/ / QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edib
QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edib
10.06.2017 [10:23]
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları, Apelyasiya Komissiyasının müraciət tarixinin müəyyən edilməsi, müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün İşçi Qrupunun yaradılması barədə məlumat verib. Gündəlik yekdilliklə təsdiq olunub.
Vüsal Quliyev 2017-ci il 11 aprel-8 may tarixlərində ərizə və layihə qəbulu həyata keçirilən ikinci qrant müsabiqəsində iştirak üçün 318 QHT-nin ərizə təqdim etdiyini deyib. Bildirib ki, onlardan 292 təşkilat müsabiqəyə layihə göndərib. Şuranın sədr müavini müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim olunan 292 layihədən 272-nin qeydə alındığını deyib. İyirmi layihədə isə texniki səhvlər olduğundan qeydə alınmayıb: “Texniki səhvlərin düzəlişi ilə bağlı Şuraya 48 müraciət daxil olub ki, onlardan da 45-i müsbət həll olunub. Layihələrin qeydiyyatı zamanı əlavə edilən sənədlərdə (layihə təklifi, icra planı, xərclər smetası) təşkilatın və ya təşkilatın sədrinin adının yazılması, əlavə edilən sənədlərin Şuranın müəyyən etdiyi formalara uyğun olmaması, büdcənin müəyyən olunan məbləğdən çox olması, təqdim edilən layihə təkliflərinin başqa QHT-yə aid olması və s. kimi səhvlər aşkarlanıb”.
Fərasət Qurbanov bildirib ki, layihələrin qiymətləndirilməsində 8 ekspert iştirak edib.
Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rufiz Qonaqov, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Yekun olaraq Şura üzvləri ekspertlərin və büdcə komissiyasının rəyini nəzərə alaraq 167 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.
Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 2017-ci il 20 iyun, saat 17:00-dək Apelyasiya Komissiyasına yazılı və elektron qaydada (e-apellyasiya@cssn.gov.az) müraciət edə bilərlər.
Şura üzvləri, həmçinin müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması barədə də qərar veriblər.
İclasda 2018-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul olunub.
Müsabiqənin nəticələri ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytları vasitəsi ilə tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

