Peşəkar kadrların hazırlanması keyfiyyətli təhsildən keçir
21.06.2017 [09:30]
Bu günlər Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahanların gedişatına ictimai baxış keçirilib. İctimai baxış zamanı Şura üzvlərinə məlum olub ki, ATU-da təhsil alan tələbələrin - gələcəyin həkim və əczaçıları olacaq gənclərin biliklərinin düzgün, obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi üçün imtahanlar mərkəzləşdirilmiş qaydada, universitetin virtual test mərkəzində, kompyuterlər vasitəsilə test üsulu ilə həyata keçirilir.
Şura üzvlərinə məlumat verilib ki, komissiya tərəfindən imtahan zamanı baş verən hər hansı anlaşılmazlıq, tələbələrin test sualları ilə bağlı olan bütün şikayətlərinə dərhal baxılır və müvafiq tədbirlər görülür.
Baxış zamanı məlum olub ki, indiyə qədər tələbələr tərəfindən daxil olan 180-ə yaxın şikayət yazılı şəkildə qəbul edilərək, obyektiv olaraq müvafiq ölçü götürülüb.
ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Şuranın sədr müavini, ATU-nun müəllimi və “Gənc vətəndaş” İB-nin sədr müavini Aidə Bəndəliyeva, Şuranın üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Məhərrəm Amilli buraxılış işlərinin müdafiəsində də iştirak edərək həm müdafiənin gedişi, həm də müdafiə komissiyasının işi ilə yaxından tanış olublar.
ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri və Şura üzvləri keçirdikləri ictimai baxış zamanı universitetin kollektivi ilə yaxından tanış olublar və onlara öz tövsiyələrini verməklə yanaşı, ATU-da imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını müşahidə ediblər. Bununla yanaşı, Şuranın sədri, Milli Məclisin deputatı İlham Məmmədov gələcəkdə universitetdə yenicə fəaliyyətə başlamış İctimai Nəzarət və Məsləhət Şurasının müvafiq qərargahının yaradılmasının, xüsusi rəy qutularının yerləşdirilməsinin zəruriliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

