Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır
30.06.2017 [10:10]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən çox fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır.
Qeyd edək ki, Bakı Zooloji Parkının təmiri ilə bağlı ətraf mühit və heyvanların qorunması üzrə fəaliyyəti ilə seçilən Leyla Əliyevaya şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva iyunun 28-də Bakı Zooloji Parkını bir daha ziyarət edərək buradakı mövcud vəziyyət və görüləcək işlərlə tanış olub.
Həyata keçiriləcək təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və ərazidə müxtəlif əyləncə obyektlərinin istismara verilməsi nəzərdə tutulub.
Yenidənqurma işləri nəticəsində zooparkın ərazisi iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını təmin etmək, həm də sakinlərin və şəhərimizin qonaqlarının rahat və zövqoxşayan ziyarətlərini təşkil etmək məqsədilə zooparkda daha təbii mühit yaradılacaq, müasir dizayn olunacaq.
Zoopark fiziki qüsurlu şəxslərin, həmçinin bütün yaş qruplarından olan ziyarətçilərin rahatlıqla istirahət edəcəyi və maariflənəcəyi məkan olacaq.
Zooparkın əməkdaşları üçün beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Heyvanlar EAZA (Avropa Zoopark və Akvariumlar Assosiasiyası) standartlarına uyğun şəraitdə saxlanılacaq. Heyvanların saxlandığı qəfəslər (volyerlər) hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Ziyarətçilər heyvanların təbii davranışlarını izləyə biləcək, maarifləndirici tablo və materiallar əsasında oradakı müxtəlif heyvanlar barədə ətraflı məlumat əldə edəcəklər.
Zoopark cəmiyyətin bütün hədəf qrupları üçün heyvanlar və təbii ekosistem, xüsusən Azərbaycanın nadir təbiəti haqda məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevriləcək. Zooparkın fəaliyyətində uşaqların və gənclərin təbiət və onun mühafizəsi haqqında biliklərinin artırılmasına yönələn proqramların həyata keçirilməsinə xüsusi önəm veriləcək.
Zooparkın daxilində azyaşlı uşaqlar üçün ev heyvanlarından ibarət sevimli guşə (pet farm) və kəpənəklər evi də fəaliyyət göstərəcək. Yaralı və xəstə heyvanlar üçün xüsusi karantin zonası və reabilitasiya mərkəzinin də tikilməsi nəzərdə tutulur.
Eyni zamanda, Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi məqsədilə yeni internet səhifəsi yaradılacaq.
Səksən ildən çox Bakı sakinlərinin və şəhərin qonaqlarının xidmətində olan Bakı Zooloji Parkı hər kəsi yenidənqurma işlərindən sonra zooparkın fəaliyyətini sosial şəbəkələr, veb-səhifəsi və mətbuatda izləməklə dəstək olmağa, onun insan, təbiət və heyvanların bir araya gələcəyi bir məkana çevrilməsinin şahidi olmağa dəvət edir.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

