“Azərbaycanın Gənclər Paytaxtı” Balakəndə “SAY: Solidarity” layihəsinə start verilib
01.07.2017 [12:47]
“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakəndə “SAY: Solidarity” layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Balakən rayon Mədəniyyət Mərkəzində layihənin açılış mərasimi olub.
Tədbirdə “İrəli” İctimai Birliyinin (İB) sədri Mirhəsən Seyidov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, asudə vaxtlarının mənalı və səmərəli təşkili sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.
İctimai Birliyin sədri bildirib ki, qurum tərəfindən könüllülüyün təbliği sahəsində fəaliyyətin davamı olaraq “SAY: Solidarity” layihəsi həyata keçirilir. Yeni layihə “İslam Həmrəyliyi İli”nə həsr olunub. Düşərgə günlərində gənclər açıq havada qurulmuş yaşayış çadırlarında qalacaq, müxtəlif istiqamətlər üzrə fəaliyyətlərini inkişaf etdirəcək, bu fəaliyyətin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi barədə ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan layihə çərçivəsində gənclərin ekspertlərlə görüşləri, təlim və seminarların keçirilməsi, həmçinin bir sıra sosial, idman və intellektual yarışların təşkili nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, “Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdırdığı sayca beşinci layihədir. Bundan əvvəl “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri reallaşıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq idi.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Məhz bu səbəbdən “İrəli” İB bu dəfə gəncləri “həmrəylik” adı altında toplayır. “SAY: Gənclərin Həmrəylik Düşərgəsi” layihəsi Azərbaycanda İslam həmrəylinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və “yaşıl düşüncə”nin formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin fəal iştirakını təmin etməklə, ümumilikdə, gənclər şəbəkəsinin inkişafına nail olmaq məqsədi daşıyır. Layihədə Azərbaycanın müxtəlif bölgələrindən 100-dən artıq gənc iştirak edir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

