Bakı Yunus Əmrə İnstitutunda 15 iyul şəhidlərinin xatirəsi anılıb
15.07.2017 [10:33]
Ötən il iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş insanların xatirəsini anmaq məqsədilə Bakı Yunus Əmrə İnstitutu və “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə “15 iyul dastanı” adlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, anım mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım 15 iyul gecəsinin Türkiyə tarixində qoyduğu izdən və axıska türkləri ilə birgə təşkil edilən bu tədbirin əhəmiyyətindən danışıb: “Bir il əvvəl Türkiyə Cümhuriyyətinin istiqlalına, müstəqilliyinə, liderinə qarşı sui-qəsd cəhdi oldu. Türkiyə xalqını və dövlətini Vətənsiz qoymaq istədilər. Həqiqətən, bəlkə də, bu çevriliş cəhdi böyük bir layihənin sadəcə başlanğıcı idi. Arxasında isə bir xaos və bu xaos içində parçalanmış, gücünü itirmiş Türkiyə olacaqdı. Ancaq bizim uzaqgörən xalqımız bu oyuna qarşı münasibətini ciddi şəkildə ortaya qoydu, Türkiyəyə sahib çıxdı və bütün dünya tərəfindən təqdir edildi. Dostlarımız da bu fikirdədirlər, amma bizi sevməyən insanlar bu nailiyyəti, fədakarlığı görməməzliyə vururlar. Həqiqətən, bu hadisələr demokratiya tarixində, ölkəmizin tarixində və bəlkə də, dünya tarixində bənzəri çox az rast gəlinən qəhrəmanlıq nümunəsi idi. Biz 250-yə yaxın vətən övladının şəhid, 1000-dən çoxunun isə qazi olduğuna şahidlik etdik. Bu proseslər zamanı axıska türklərinin dəstəyini hər zaman hiss etdik. Şəhidlərimizi andığımız və qazilərimizi yad etdiyimiz bu xüsusi gündə bizi tək qoymayan dostlarımıza minnətdaram. İnanıram ki, Türkiyə artıq bir daha belə təhlükə ilə üz-üzə qalmayacaq, dünyada mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə qazandığı gücünü heç vaxt itirməyəcək”.
Daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinin media müşaviri Hamit Karadeniz çıxış edərək, FETÖ-PKKPYD əlaqələri ilə bağlı xüsusi məqama diqqət çəkib. O, həmçinin bir neçə gün əvvəl Azərbaycanın Alxanlı kəndində ermənilər tərəfindən öldürülən Zəhranı və nənəsini xatırladaraq qeyd edib ki, ermənilərlə həmin terrorçular arasında fərq yoxdur.
Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov türk millətinin vətəni, bayrağı və dəyərləri üçün edə bilməyəcəyi fədakarlığın olmadığını vurğulayıb: “Bu tədbir Türkiyədəki şəhidlərimizin anılması məqsədi ilə təşkil edilib. Bugünkü gözəl və rifah içərisindəki Türkiyə asanlıqla qurulmayıb. Türkiyə Cümhuriyyəti Çanaqqala savaşında, Sakaryada, Dumlupınarda minlərlə şəhid verib. Bu çevriliş cəhdinə illərlə Türkiyənin çörəyini yemiş, suyunu içmiş xain FETÖ lideri başçılıq edib. Türkiyənin inkişafını gözü götürməyən FETÖ-çular 15 iyulda belə bir xainliyə əl atdılar. Ancaq türk milləti küçələrə axışaraq, qanları bahasına terrora “dur” deyib, dastan yazdılar. Türk millətinin gücünü, Türkiyə xalqının prezidentinə olan sevgisini bütün dünya gördü”.
Xəbər lenti
Hamısına baxSosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35

