/ / Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Lerik rayonunda törədilmiş ağır cinayətlə bağlı məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Lerik rayonunda törədilmiş ağır cinayətlə bağlı məlumat yayıb
24.08.2017 [09:47]
Lerik rayonunda törədilmiş ağır cinayətin üstü polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılıb.
Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında qeyd edilib ki, cari il avqustun 22-də saat 05.20-də rayonun Vivəzəmin kənd sakini Mehdi Mirzəzadə Daxili İşlər Nazirliyinin “102-Zəng Xidməti” Mərkəzinə zəng edərək atası Elman Hüseynovun yaşadıqları evi yandırdığını, habelə anası Şükufəni və bacısı Süsəni öldürmək istədiyini bildirib.
Məlumatla əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib və göstərilən ünvanda yanğının baş verməsi müəyyən edilib. Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin yangınsöndürmə xidmətinin əməkdaşları təxirəsalınmadan hadisə yerinə çağırılaraq yanğının söndürülməsinə cəlb olunublar. Həyata keçirilmiş kompleks tədbirlərlə yanğının qısa müddətdə söndürülməsi təmin edilib, bu zaman ümumi sahəsi 137 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin tamamilə yanması məlum olub.
Yanğın söndürüldükdən sonra mənzildən ev sahibi Elman Hüseynovun, onun həyat yoldaşı Şükufənin və qızı Süsənin yanaraq tanınmaz hala düşmüş meyitləri aşkar edilib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırma zamanı Mehdi Mirzəzadə izahatında həmin gün səhər radələrində atasının bıçaqla anasını və bacısını vurduğunu, Elman Hüseynovun ona da xəsarət yetirməyə cəhd göstərsə də, həyətə qaçdığını, sonda isə evi yandırmaqla atasının intihar etdiyini göstərib.
Məhkəmə-tibb ekspertizası tərəfindən meyitlərin müayinəsi zamanı Elman Hüseynovun boyun və sağ kürək nahiyələrində deşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyənləşdirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 186.2.2-ci (əmlakı qəsdən yandırmaqla məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb.
Ekspertizanın rəyi ilə M.Mirzəzadənin izahatı arasında uyğunsuzluq yarandığından, eləcə də ailənin üç üzvünün öldürülərək evin yandırılması cinayətini törətməsində əsaslı şübhələr olduğundan sonuncu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, avqustun 21-də günorta və axşam radələrində Elman Hüseynov ilə həyat yoldaşı arasında ailə münaqişəsi zəminində mübahisə baş verib. Avqustun 22-nə keçən gecə səsə oyanmış Süsən valideynlərinin yatdığı otağa daxil olduqda anası Şükufəni divanda huşsuz vəziyyətdə görüb. Gecə qəfil yaranmış hay-küyün səbəbini öyrənmək üçün yataq otağına daxil olan M.Mirzəzadə bacısının atası tərəfindən öldürülməsinin şahidi olub, eyni aqibətlə üzləşməmək üçün bıçaqla E.Hüseynovun boyun və sağ kürək nahiyəsinə bir neçə zərbə endirib.
Daha sonra cinayətin izini itirmək məqsədilə o, yataq otağındakı lampanın neftini həyatlarını itirmiş ailə üzvlərinin üzərlərinə, evin digər hissələrinə tökərək mənzili yandırıb. M.Mirzəzadə ifadəsində atasını qətlə yetirdiyini, sonra isə evdə yanğın törətdiyini etiraf edib. O, cinayətin aləti olan bıçağı da maddi sübut kimi istintaqa təqdim edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

