Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Slovakiya münasibətlərində güclənən əməkdaşlıq mərhələsi

Azərbaycan–Slovakiya münasibətlərində güclənən əməkdaşlıq mərhələsi

17.07.2026 [11:55]

Hüseynxan Hacızadə

 YAP Gənclər Birliyinin üzvü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşa şəhərində mətbuata verdikləri birgə bəyanatlar Azərbaycan–Slovakiya münasibətlərinin hazırkı inkişaf səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Səsləndirilən fikirlərdən görünürdü ki, iki ölkə arasında əməkdaşlıq artıq ənənəvi diplomatik münasibətlər çərçivəsini xeyli geridə qoyub.

Səfərin məhz Şuşadan başlaması təsadüfi seçim deyildi. Bu, həm Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə verilən önəmin ifadəsi, həm də Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və bölgənin inkişafına göstərdiyi dəstəyin nümayişi idi. Bu addım iki ölkə arasında formalaşmış qarşılıqlı etimadın və dostluq münasibətlərinin daha bir göstəricisi kimi diqqət çəkdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan ilə Slovakiya arasında əlaqələr son illərdə dinamik inkişaf edir. 2024-cü ildə imzalanmış Birgə Bəyannamənin bu prosesə mühüm təkan verdiyini bildirən Prezident vurğuladı ki, əməkdaşlıq artıq konkret nəticələr verməyə başlayıb. Bu gün müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr və aparılan müzakirələr münasibətlərin real məzmun qazandığını göstərir. Prezident, eyni zamanda, Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək minnətdarlığını ifadə etdi.

Slovakiya Prezidenti Peter Pelleqrini də çıxışında münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi. Onun sözlərinə görə, Azərbaycan ilə Slovakiya arasında əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır. Energetika, iqtisadiyyat, nəqliyyat, və təhsil sahələrində qurulan əlaqələr tərəfləri bir-birinə daha da yaxınlaşdırır. Xüsusilə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi və bu istiqamətdə göstərdiyi mövqe Slovakiya tərəfindən yüksək qiymətləndirildi.

Prezident Peter Pelleqrini Azərbaycanın regionda oynadığı rola da xüsusi toxundu. O qeyd etdi ki, enerji böhranı dövründə Azərbaycanın çevik və operativ yanaşması bir çox ölkələr, o cümlədən Slovakiya üçün mühüm əhəmiyyət kəsb edib. Hazırda davam etdirilən danışıqların və planlaşdırılan birgə layihələrin gələcək əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacağına əminliyini ifadə etdi.

Diqqət çəkən məqamlardan biri də Qarabağda salınmış yeni yaşayış məntəqəsində slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyan məktəbin fəaliyyət göstərəcəyinin açıqlanması oldu. Bu təşəbbüs iki xalq arasında dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi dəyərləndirildi. Bununla yanaşı, oktyabr ayından etibarən iki ölkə arasında birbaşa aviareyslərin açılmasının insanlar arasında əlaqələri daha da gücləndirəcəyi, təhsil, turizm və biznes sahələrində əməkdaşlığa yeni imkanlar yaradacağı bildirildi.

Şuşada səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan və Slovakiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı etimad, ortaq maraqlar və davamlı dialoq bu əməkdaşlığın əsas dayaqlarını təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda etibarlı tərəfdaş kimi qəbul olunur və beynəlxalq əməkdaşlıq platformalarında öz mövqeyini daha da möhkəmləndirir. Son illərdə ölkəmizin iştirak etdiyi beynəlxalq təşəbbüslər, nəqliyyat və enerji layihələri, eləcə də müxtəlif dövlətlərlə qurduğu qarşılıqlı etimada əsaslanan münasibətlər Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. Bu siyasətin nəticəsi olaraq Azərbaycan təkcə öz milli maraqlarını uğurla müdafiə edən dövlət kimi deyil, eyni zamanda regional sabitliyə və beynəlxalq əməkdaşlığa real töhfələr verən məsuliyyətli tərəfdaş kimi tanınır.

Slovakiya Prezidentinin səfəri və Şuşada səsləndirilən bəyanatlar da bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Qarabağın bərpasına göstərilən dəstək, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrə dair səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi iradə və qarşılıqlı maraq mövcuddur. Bu əməkdaşlığın bundan sonra da yeni istiqamətlər üzrə inkişaf edəcəyi və hər iki ölkənin milli maraqlarına xidmət edən mühüm nəticələr verəcəyi şübhə doğurmur.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31