Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi uğurla davam etdirilir
25.08.2017 [10:16]
Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub. Baş nazirin müavini əvvəlcə Cocuq Mərcanlıda tikintisi başa çatmış 50 evə köçürülən sakinlərlə görüşüb söhbət edib, onların müraciətlərini dinləyib. Görüşdə bildirilib ki, bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımları dəstəkləyirlər. Onlar hesab edirlər ki, bütün bunlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük qayıdış”ın başlanğıcıdır.
Sonra Əli Həsənov qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə inşaat sahəsinə baxıb, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
İnşaat sahəsi ilə tanışlıq zamanı bildirilib ki, tikinti işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial və infrastruktur obyektləri inşa edilir. 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır.
Məlumat verilib ki, artıq 44 evin dam örtüyü vurulub, digər evlərin və ictimai binaların hörgü işləri başa çatıb. 110 metr dərinlikdə subartezian quyusu qazılıb, yol-küçə şəbəkəsinə qum-çınqıl tökülüb. Daxili içməli su təchizatında 1000 metr boru çəkilib. Hazırda daxili və xarici suvaq işləri və qəsəbədaxili su çəkilişi davam edir.
Qəsəbədə hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. 1,75 hektarda yaşıllıqlar salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Qəsəbə elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin ediləcək. Qəsəbədə tikinti işlərinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri inşaat işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasının vacibliyini vurğulayıb, tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinləyib. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını bildiriblər.
Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumilikdə isə indiyədək qaçqın və məcburi köçkünlər üçün 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Cocuq Mərcanlıda 100 mənzildən ibarət qəsəbənin tikintisi uğurla davam edir və çox qısa müddətdə başa çatdırılacaq: “Bu tikintidə bir yenilik oldu. Yəni, layihə icra oluna-oluna tikintinin getməsi prosesi inşaatda bir yenilikdir. Hər kəs bu prosesə öz töhfəsini verdi. Bütün mənzillər internetlə təmin edildi, yarımstansiya, hidrometeoroloji stansiya tikildi və digər infrastruktur yaradıldı. Ümumiyyətlə, Cocuq Mərcanlı bütün dünyaya səs saldı.
Bildiyiniz kimi, dövlətimizin başçısı bu yaxınlarda Cocuq Mərcanlıda 50 evin açılışında iştirak etdi, 25 il atəş altında yaşayan Oqtay Həziyevin ailəsi ilə tanış oldu. Biz Oqtay Həziyev kimi insanların timsalında azərbaycanlıların öz doğma torpağına, Vətəninə, dövlətinə nə qədər bağlı olduğunu görürük. Budur Azərbaycan ailəsi, budur Azərbaycan vətəndaşı. Biz torpağımızın bir qarışını da heç kimə verən deyilik. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarının bir qarışı belə güzəştə gedilməyəcək. Azərbaycan Prezidenti bunu vətənpərvər insanlarımıza arxalanaraq deyir. Bu gün Azərbaycan gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Onlar istənilən an Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdırlar. Ümumiyyətlə, bu gün bütün Azərbaycan xalqı bu ruhdadır.
Bildiyiniz kimi, dövlətimizin başçısının təşəbbüsü və nəzarəti ilə Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri tikildi. Bu, bütün dünyaya mesajdır ki, Azərbaycan xalqı öz dininə, adət-ənənəsinə çox sadiqdir.
Bu gün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin ağır şəraitdən çıxarılması, mənzillə təmin olunması üçün prosesə qoşulub. Son aylarda artıq bir qəzalı binanın sakinləri köçürülüb. Hazırda Qaradağda 1100 ailəlik qəsəbə tikilir. İnsanlarımız arxayın olsunlar ki, maksimum bir il ərzində onlar bütün qəzalı binalardan çıxarılacaq. İşğal altındakı torpaqlarımız da tədricən azad olunacaq.
Görün bu gün Ermənistan rəhbərliyi nə işlə məşğuldur, biz nə ilə məşğuluq. Biz öz insanlarımız üçün tikib-qururuq, şərait yaradırıq, onların həyat tərzini, güzəranını yaxşılaşdırırıq. Onlar isə mülki əhaliyə, uşaqlara atəş açırlar”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

