Azərbaycanda yeni tədris ilində 165 minə yaxın uşaq birinci sinfə gedəcək
09.09.2017 [11:33]
Ölkəmizdə yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Bu il də Bilik Günündə təhsil ocaqları qapılarını şagirdlərin və tələbələrin üzünə açmağa hazırlaşır. Onların arasında ilk dəfə məktəbə gedəcək balacaların sevincinin isə həddi-hüdudu yoxdur. Bəs bu il ümumilikdə neçə uşaq birinci sinfə gedəcək?
Təhsil Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Azərbaycanda 2017-2018-ci tədris ilində birinci sinfə gedəcək uşaqların sayı 164 min 945 nəfər təşkil edir. Ötən il isə bu göstərici 164 min 33 nəfər olub.
Nazirlikdən həmçinin bildiriblər ki, bu il 71 məktəb binası inşa edilib. Bunun 61-i modul tipli məktəblərdir. İlin sonunadək respublikanın 44 rayonunda 100 azkomplektli və qəza vəziyyətində olan kənd məktəbləri modul tipli məktəb binaları ilə əvəz ediləcək.
Bundan başqa, 12 məktəb binası əsaslı təmir olunub, 460 məktəbdə cari təmir işləri görülüb, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Həmçinin bir xüsusi məktəb, uşaq və gənclər üçün məktəb və idman-sağlamlıq kompleksi tikilib. Üç kampus və ali məktəb korpusu tikilib və əsaslı təmir olunub.
Yeri gəlmişkən, ötən tədris ilindən başlayaraq Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, hazırda məktəbəhazırlıq qruplarına qəbul üçün 15 minədək uşağın qeydiyyatı aparılıb. Belə ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-dən fəaliyyət göstərəcək. Səkkiz ay davam edəcək məşğələlər mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara isə sertifikat təqdim olunacaq.
Məlumat üçün bildirək ki, məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Həftədə dörd gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Gün ərzində təşkil olunacaq üç məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə on dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur, qiymət yazılmır. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilirlər.
Onu da qeyd edək ki, ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəhazırlıq qruplarına uşaqların 65 faizinin cəlb olunması nəzərdə tutulur. Keçən tədris ilində isə bu rəqəm 55 faiz olub. Bu il ayrılan əlavə 10 faiz yer əsasən Bakıətrafı qəsəbələri əhatə edəcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:55
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53

