“İslam həmrəyliyi və media” mövzusunda yazı müsabiqəsi elan edilib
14.09.2017 [08:04]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda yazı müsabiqəsi keçirir.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim olunan yazılarda mövzunu dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, İslam həmrəyliyini zəruri edən səbəblər kimi məsələlərə üstünlük veriləcək. Müsabiqəyə 2017-ci il sentyabrın 13-dən noyabrın 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Müəllifin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək yazı müəllifin çalışdığı KİV-də verilməlidir. Hər kütləvi informasiya vasitəsindən yalnız bir yazı qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”nda yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.
Yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Həmçinin müəllifin elektron ünvanından elektron qaydada da təqdim oluna bilər. Yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına təqdim etməlidirlər.
Müsabiqə üçün yazılar 2017-ci il sentyabr ayının 13-dən noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Həmçinin müsabiqə materialları ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.
Birinci yerin qalibinə (1 nəfər) 1000 manat, ikinci yeri tutanlara (2 nəfər) 800 manat, üçüncü yerin sahiblərinə isə (3 nəfər) 600 manat məbləğində mükafat veriləcək. Həvəsləndirici mükafat (12 nəfər) 100 manatdır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

