29030 plan yerinə 27476 abituriyent qəbul olunub
08.08.2009 [15:40]
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə keçirilən imtahanların yekunları ilə bağlı mətbuat konfransı keçirib. M.Abbaszadə bildirib ki, bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılan 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 faiz yerinə yetirilib. Boş qalan plan yerlərinin ümumi sayı 1554-dür.
Onun sözlərinə görə, həmin yerlərə əlavə qəbul avqustun 7-dən 11-dək keçiriləcək. Komissiya sədri bildirib ki, 250 keçid balını toplamış abituriyentlər boş qalmış yerlərə sənəd vermək hüququna malikdirlər. M.Abbaszadə qeyd edib ki, I ixtisas qrupunda 7 boş yer qalıb. Bu qrupda ali məktəbə qəbul olmayanların 991 nəfəri keçid balını toplayıb. II ixtisas qrupunda Azərbaycan bölməsində 584, rus bölməsində 6 boş yer qalıb. Burada isə 741 nəfər keçid balı toplayıb. III ixtisas qrupunda 288 boş yer var ki, bu yerlərə də 1867 nəfərin müraciət etmək hüququ var. IV qrupda isə bir neçə bədən tərbiyəsi ilə bağlı ixtisaslar və region ali məktəbləri istisna olmaqla, boş yer qalmayıb.
550-dən yuxarı balla tələbə adı qazana bilməyənlər var
Builki imtahanlarda bir nəfər 550-574 bal intervalında nəticə göstərib, lakin ali məktəbə qəbul olunmayıb. M.Abbaszadənin sözlərinə görə, III ixtisas qrupuna sənəd vermiş həmin abituriyentin ali məktəblərə daxil ola bilməməsinin səbəbi dövlət ali məktəblərinin ödənişsiz ixtisaslarını seçməsidir. ümumiyyətlə, bütün qruplar üzrə yüksək bal göstəricisi ilə ali məktəblərdən kənarda qalan abituriyentlər olub. Məsələn, I ixtisas qrupunda 325-350 bal intervalında nəticə göstərən 1 abituriyent də eyni səbəb üzündən heç bir ali məktəbə qəbul ola bilməyib. Halbuki, bu qrupda 250-dən yuxarı bal toplayan abituriyentlərin hamısı tələbə adını qazana bilib. II qrupda isə 350-374 bal intervalı arasında nəticə göstərən 1, 325-349 bal arasında nəticə göstərən 24, 300-324 bal toplayan 77, 275-299 bal toplayan 349, 250-174 bal toplayan 914 abituriyent heç bir ali məktəbə daxil olmayıb. Bu qrupda müsabiqədə iştirak edən 914 abituriyent tələbə adınını qazana bilməyib.
Orta ixtisas məktəblərinə qəbul başlayıb
Dünən orta ixtisas məktəblərinə tələbə qəbuluna start verilib. Qəbul 3 ixtisas qrupu üzrə aparılacaq. I ixtisas qrupunun ixtisaslarını (texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları) ali məktəblərin bütün ixtisas qrupları üzrə imtahan verən abituriyentlər seçə bilərlər. II ixtisas qrupunu (kimya-texnoloji və tibb ixtisasları) ali məktəblərin I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər, III qrup ixtisaslarını isə (humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları) ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, orta (11 illik) təhsil bazasından texnikumlara qəbulda ali məktəblərin müvafiq ixtisas qruplarının ümumi balı 50-dən az olmayan abituriyentləri iştirak edə bilər. Xarici dil ixtisaslarının müsabiqəsinə müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər buraxılır.
TQDK sədri deyib ki, texnikumların xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.
Xatırladaq ki, bu il orta təhsil bazasından (11 illik) 50 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 6614-dür. Onlardan 2978-i ödənişsiz, 3636-sı isə ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 5598, rus bölməsi üzrə 216, birgə müsabiqə üzrə 800 plan yeri ayrılıb. Məleykə Abbaszadə bildirib ki, bu il abituriyentlər ixtisas seçimi mərhələsində orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Bu zaman iddiaçılar seçdikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni “ödəmə kartı”nı almalı və onun şifrindən istifadə etməlidir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

