Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
02.11.2017 [10:12]
Ədliyyə Nazirliyi kollegiyasının geniş iclası keçirilib.
İclasda çıxış edən nazir Fikrət Məmmədov Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, respublikamızın hərtərəfli tərəqqisini və iqtisadi rəqabətqabiliyyətliliyinə görə qabaqcıl dövlətlər sırasında qərarlaşdığını vurğulayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət və hökumət başçılarının iştirakı ilə yenicə istifadəyə verildiyi qeyd olunub. Vurğulanıb ki, ölkəmizin iradəsi ilə reallaşan və dünyanın 100 böyük layihəsi sırasına daxil olan BTQ dəmir yolu xəttinin işə düşməsi strateji əhəmiyyət daşımaqla regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa xüsusi töhfədir.
Kollegiyada dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın davamlı inkişafından, məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs olunub. Diqqətə çatdırılıb ki, bu sahədə ölkəmizin nailiyyətləri beynəlxalq aləmdə yüksək dəyərləndirilir və digər dövlətlərə örnək kimi tövsiyə edilir. Bu günlərdə Azərbaycanın təqdim etdiyi “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” layihəsinin Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində qalib gələrək ən mütərəqqi layihə kimi mükafata layiq görülməsi Prezident İlham Əliyevin siyasi iradəsi ilə son illər həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətdir.
İclasda dövlətimizin başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən insanların azadlıq hüququnun qorunması, alternativ cəzaların, həmçinin ictimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi qeyd edilib. Bununla bağlı Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın icrasının təşkili üzrə tədbirlər müəyyənləşdirilib.
Həmçinin məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə görülən işlərə toxunularaq vergi borcları üzrə qərarların daha səmərəli icrasına yönəlmiş Azərbaycanın Prezidentinin 2017-ci il 5 oktyabr tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinə edilmiş dəyişikliklər müzakirə olunub və bu sənədin icrası ilə bağlı bir sıra təşkilati və digər aidiyyəti tədbirlərin görülməsi qərara alınıb.
Kollegiyada oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib. Qeyd olunub ki, bununla bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib. Dörd nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, Penitensiar Xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Kollegiyada, həmçinin kadrlarla işin daha səmərəli qurulması məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası”ndan irəli gələn vəzifələr müzakirə edilib.
Bununla yanaşı, beynəlxalq əlaqələrin dərinləşdirilməsi üzrə tədbirlərə baxılıb. Qeyd olunub ki, cari ildə Gürcüstan, İran, Belarus, Ukrayna və Latviyanın ədliyyə nazirləri ölkəmizə, tərəfimizdən isə Əlcəzairə və Latviyaya səfərlər edilib, ədliyyə sahəsində mühüm sənədlər imzalanaraq Azərbaycan Prezidentinin fərmanları ilə təsdiq olunub. Kollegiyada qeyd olunan beynəlxalq sənədlərin icrasından irəli gələn məsələlər müzakirə olunaraq zəruri tədbirlərin görülməsi tapşırılıb.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələri müzakirə edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

