/ / Konstitusiya Günü münasibətilə Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib
Konstitusiya Günü münasibətilə Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib
13.11.2017 [15:16]
12 noyabr – Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər. Əməkdar məşqçi Əbülfəz Məmmədovun baş hakimlik etdiyi yarışda Azərbaycanda istehsal olunan "İSMA" velosipedlərindən istifadə olunub.
Sonda Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl yarışın qaliblərini diplomlar və medallarla mükafatlandırıblar.
Mükafatlandırma mərasimində çıxış edən Hüseyn Dəmirəl yarışın gözəl bir tarixə təsadüf etdiyini deyib: "Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Biz də bu tarixi gün münasibətilə şagirdlərimiz arasında velosiped yarışı keçirməyə qərar verdik. Mən bu yarışın keçirilməsində bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, liseyimizlə Federasiya arasındakı əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək".
Öz növbəsində Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ölkəmizdə idmanın inkişafı üçün atılan addımların öz bəhrəsini verdiyini bildirib: "Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanı da inkişaf dövrünü yaşayır. Biz də dövlət başçısının bu diqqət və qayğısından güc alaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu gün maraqlı bir idman yarışının şahidi olduq və inanıram ki, yarışda iştirak edən lisey şagirdləri arasından gələcəyin məşhur idmançıları da yetişəcək. Eyni zamanda, Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq liseylə əməkdaşlığı davam etdirməyə hazırıq".
Qeyd edək ki, yarışdan sonra liseyin rəhbərliyi, valideynlər və şagirdlər Respublika Velotrekində yaradılan Velosiped muzeyində və "İsma bikes" satış və sərgi mərkəzində olublar. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilati işlər üzrə meneceri Faiq Qurbanov istər muzeydə sərgilənən, istərsə də satış mərkəzində olan velosipedlər haqqında ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

