/ / Şahin İsmayılov: Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gələn il fəaliyyətini daha da genişləndirəcək
Şahin İsmayılov: Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gələn il fəaliyyətini daha da genişləndirəcək
30.12.2017 [01:15]
“Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşdırılmasında gənclər təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Səkkiz ildir ki, fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Təşkilat yarandığı vaxtdan tələbələrin maraqlarını təmin etməyi, ictimai fəallığını artırmağı, yerli və beynəlxalq tədbirlərdə iştirakına şərait yaratmağı öz fəaliyyətində əsas istiqamətlər kimi müəyyənləşdirib. Yola salmağa hazırlaşdığımız 2017-ci ildə də ATGTİ müxtəlif tədbirlər, təlimlər, seminarlar və səfərlər təşkil edib”.
Bunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları və gələn il nəzərdə tutulan tədbirlər barədə AZƏRTAC-a açıqlamasında deyib.
Ş.İsmayılov bildirib ki, ATGTİ-nin həyata keçirdiyi ən böyük layihələrdən biri artıq iki ildir davam edən “Youthvision” beynəlxalq mahnı müsabiqəsidir. 2016-cı və 2017-ci illərdə baş tutan müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Növbəti “Youthvision” beynəlxalq mahnı müsabiqəsinin 2018-ci ildə keçirilməsi üçün artıq işlər başlanılıb.
İttifaq artıq bir neçə ildir davam edən “Səyyar kitabxana” layihəsini 2017-ci ildə daha da təkmilləşdirərək həyata keçirib. Bu ilin yayında reallaşdırılan layihə çərçivəsində “Səyyar kitabxana” adı altında fəaliyyət göstərən və xüsusi dizayn edilən, içərisində 5 min kitab və 10 min elektron nəşr olan yük maşını indiyədək 20-ə yaxın şəhər və rayonda olub. Qırx minə yaxın oxucunun faydalandığı layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Təşkilatın tələbələr üçün yaratdığı ən əsas imkanlardan birinin də “Tələbə kartı” olduğunu vurğulayan ATGTİ sədri bildirib ki, bu kartın sahibləri şəhərin müxtəlif məkanlarında endirimlərdən yararlanma fürsəti əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, artıq altı ilə yaxındır fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı bu il əməkdaşlıq etdiyi mağaza, restoran və digər məkanların sayını artıraraq tələbələr üçün daha geniş imkanlar yaradıb. Tələbələr bu kart vasitəsilə endirimlərin tətbiq olunduğu məkanlarda kartı təqdim edərək 10 faizdən 55 faizə qədər endirimlərdən yararlana bilirlər.
Diqqətə çatdırılıb ki, ATGTİ, həmçinin tələbələrin müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizin və təşkilatın təbliği istiqamətində də müxtəlif işlər görüb. 2017-ci il ərzində ATGTİ-nin dəstəyi ilə 100-ə yaxın gənc Koreya Respublikasında, Mərakeşdə, Brüsseldə, Rusiyanın müxtəlif şəhərlərində və bir sıra ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak edib. Azərbaycanlı gənclər bu səfərlər çərçivəsində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. Onlar beynəlxalq tədbirlərdə özlərinin xarici həmkarları ilə nəinki uğurla rəqabət apara bilir, bəzi hallarda onları üstələyirlər. Bu, həm ATGTİ-nin, həm də Azərbaycanın uğurudur.
“Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu, və digər proqramlarda da vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və digər məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Sevindirici haldır ki, Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bunun göstəricilərindən biri də gənclərə bağlı bir sıra proqramların qəbul edilməsidir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da gənclər siyasətinin uğurla icra olunması istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirir. Qəbul edilən proqram çərçivəsində ATGTİ öz fəaliyyət planını daha da genişləndirəcək, gənclərin daha da fəal olması, sağlam düşüncəli gənclərin formalaşması üçün səylə çalışacaq”, - deyə Ş.İsmayılov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

