Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan nümayəndə heyəti İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb

Azərbaycan nümayəndə heyəti İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb

10.01.2018 [10:18]

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində səfərdədir.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak etməkdir.
Yanvarın 8-9-da keçirilən iclasda nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış edib. Eyni zamanda, İntiqam Babayev tərəfindən “Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası”na dair məruzə də təqdim olunub.
Səfəri çərçivəsində nazir müavini 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransına hazırlıq məqsədi ilə İƏT Baş Katibliyi, İslam Konfransı Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıb.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31