KİV təmsilçiləri Bakı Slavyan Universitetində imtahanların gedişini izləyiblər
11.01.2018 [10:06]
Dünən Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib. Tədbirə ölkənin təhsil ekspertləri, QHT-lərin təmsilçiləri, jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıblar.
Əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva sessiya ərəfəsində universitetdə görülən işlər, imtahanlara hazırlıq barədə məlumat verib. İmtahan ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirildiyini deyən rektor onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə lazımi şərait yaradıldığını, məsləhət saatları keçirildiyini qeyd edib.
BSU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla davam etdiyini bildirən N.Əliyeva vurğulayıb ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmini, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradılıb. “Artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub. İmtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələri dərhal elan olunub”, - deyə rektor söyləyib.
Diqqətə çatdırılıb ki, payız imtahan sessiyasında Azərbaycan universitetləri arasında ilk dəfə BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb. Müvafiq portalda yaradılmış online əlaqə bölməsində təkcə tələbələr deyil, valideynlər də onları maraqlandıran hər bir suala dolğun cavab ala biləcək, imtahan qərargahı ilə birbaşa əlaqə yaradacaqlar. BSU-da tətbiq edilən hər bir layihənin, proqramın başlıca məqsədi imtahanlarda ədaləti və obyektivliyi təmin etməyə yönəldilib.
Sonra tədbir iştirakçıları operativ qərargahda işin gedişi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov buradakı iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbulu, cavablandırılması və s. barədə ətraflı məlumat verib. O, BSU-nun iş prosesinin səmərəliliyini artırmaq üçün hər zaman innovativ layihələrə hazır olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu ildən etibarən universitetdə “Elektron universitet” layihəsinin tətbiqinə başlanılacaq, tədrisin təşkili, imtahan sessiyasının gedişi və imtahanların yoxlanılması prosesi elektronlaşdırılacaq. R.Novruzov deyib: “Şikayətlərə əvvəlcə fakültələrdə təşkil olunmuş münaqişə komissiyalarında baxılır və yalnız şikayətçi razı qalmadığı halda problem operativ qərargaha ünvanlanır”.
Sonda tədbir iştirakçıları imtahanların gedişini izləyib, auditoriyalardakı kameraların, “ağıllı lövhələr”in iş prinsipləri ilə tanış olublar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

