20 Yanvar Azərbaycan xalqının öz suverenliyi uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir
20.01.2018 [01:30]
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda mübarizə tarixinin şərəfli səhifəsi olduğunu qeyd edib. O, xalqın canından keçməsi hesabına özünün azadlığı, müstəqilliyi uğrunda mübarizə apardığını, qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb.
20 Yanvar faciəsi zamanı həlak olan dinc sakinlərin içərisində azərbaycanlılarla yanaşı, digər xalqların və dinlərin nümayəndələrinin də olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bununla Azərbaycanın Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Dövlət Komitəsinin sədri bu qanlı hadisələrə ilk dəfə Ulu öndər Heydər Əliyevin hüquqi-siyasi qiymət verdiyini deyib. Bildirib ki, faciənin ertəsi günü Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri sərt tənqid edib. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb. Komitə sədri Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu bildirib. Dövlətimizin şəhid ailələrinə olan xüsusi diqqətindən bəhs edən M.Qurbanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov xalqımızın tarixinin mühüm səhifəsi olan bu hadisənin milli azadlıq mübarizəmizdə mühüm rol oynadığını bildirib. O vurğulayıb ki, 20 Yanvar qətliamı xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. Şöbə müdiri Ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində bu hadisə haqqında beynəlxalq ictimaiyyətə məlumat verildiyini bildirib. Qeyd edib ki, Ulu öndər yanvarın 21-də Moskvada keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun başvermə səbəblərini də açıqlayıb, təşkilatçılarının adlarını bütün dünyaya bəyan edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarovski çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, bu günün təkcə matəm günü yox, həm də qəhrəmanlıq salnaməsi kimi tariximizə həkk olunduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

