“Bakcell”in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində
10.02.2018 [00:52]
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” özünün 4G LTE şəbəkəsini ölkənin şimal bölgəsində də istifadəyə verib.
Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərin davamı olaraq, Bakcell şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb. “Bakcell”in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir. Beləliklə, Bakcell abunəçiləri həmin ərazilərdə ən yüksək sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.
“Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında Bakcell şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən yararlana biləcəklər”, deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Bakcell”in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şəbəkəsi Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

