Laçınlı məcburi köçkünlər respublikanın 48 şəhər və rayonunda səs verəcəklər
29.03.2018 [10:42]
Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün seçki dairəsini əhatə edən məntəqələr respublikanın 48 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının sədri Hüseyn Səfərov bildirib.
Komissiya sədrinin sözlərinə görə, dairənin tərkibinə daxil olan 102 seçki məntəqəsi üzrə 46 min 200 seçici qeydə alınıb. Seçicilərdən 1156 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 330-nun 18 yaşı bu il tamam olub. Seçicilərin 1585 nəfəri 80-100 yaş arasında, 6 seçicinin yaşı isə 100-dən yuxarıdır. 17 saylı seçki məntəqəsində qeydə alınmış 1909-cu il təvəllüdlü Sitarə İsgəndərova rayonun ən yaşlı seçicisidir.
121 saylı Laçın seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında bu il aprelin 11-nə təyin olunmuş prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun aparılır. Bütün seçki məntəqələri zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Məntəqə seçki komissiyalarında seçicilərə paylanılması üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər yazılıb. Hazırda bildirişlərin seçicilərə paylanması, dairə seçki komissiyasında müşahidəçilərin qeydə alınması davam etdirilir. Bu günədək 1133 müşahidəçi qeydiyyata alınıb.
AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında yerləşən 83 saylı məntəqədə seçkiyə hazırlıq işləri ilə maraqlanıb. Məntəqə seçki komissiyasının sədri Azər Qasımov bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən 979 seçici qeydə alınıb. Onlardan 13-ü səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17

