Bakıda Afrin Zəfər Festivalı keçirilib
28.03.2018 [12:00]
Martın 28-də Bakıda “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə “Hanlı Pazar” Ticarət Mərkəzində “Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!” şüarları altında Afrin Zəfər Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları, media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak ediblər.
Tədbirdə Milli Məclisin deputatları Adil Əliyev, Aqil Abbas və Qənirə Paşayeva çıxış edərək bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, tərəqqinin təmin olunmasına xidmət edir.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət – iki dövlətik” ifadəsi müasir dövrdə Azərbaycan–Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir.
Türk ordusunun Suriyanın şimalında “Zeytun budağı” adı altında terrorçulara qarşı həyata keçirdiyi əməliyyatın əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, qardaş ölkə heç zaman ərazi bütövlüyünə zərər gəlməsinə göz yuma bilməz. Türkiyə ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır və Azərbaycan bütün məsələlərdə olduğu kimi bu haqq işində də qardaş ölkənin yanındadır.
Qeyd edilib ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir. Türkiyə hökumətinin bəyan etdiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır.
“Bu gün Azərbaycan da terrordan əziyyət çəkir. Neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalır. Lakin beynəlxalq aləmin ikili siyasəti bu gün dünyada terrorizmin genişlənməsinə səbəb olur. Bizim də erməni separatçılarıyla mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir”,- deyə çıxışlarda vurğulanıb.
Tədbirdə İş adamı, “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklu, “EkoAvrasiya” Məşvərət Şurasının sədri Feramüz Üstün, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mehmet Altay, Reşit Polat və başqaları çıxışlarında türk xalqlarının birliyinin və həmrəyliyinin vacibliyini vurğulayıblar.
Festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

