“Eko Avrasiya” Dərnəyinin sədri Hikmet Eren “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub
31.03.2018 [09:53]
Martın 30-da “Eko Avrasiya” Dərnəyinin sədri Hikmet Eren “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub. Görüşdə “EkoAvrasiya” Məşvərət Şurasının sədri, sabiq millət vəkili Feramüz Üstün və “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklu da iştirak ediblər.
“Eko Avrasiya” Dərnəyinin sədri Hikmet Eren görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətləri bütün dünya üçün örnəkdir. İki ölkə arasındakı münasibətlərin mütəmadi olaraq möhkəmləndiyini deyən H.Eren əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq münasibətləri hər iki ölkənin mənafeyinə xidmət edir. 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ərəfəsində dünyanın diqqətinin ölkəmizdə olduğunu vurğulayan Hikmet Eren ümidvar olduğunu bildirib ki, seçkilərin nəticələri Azərbaycanın öz yolunda əmin addımlarla irəliləməsinə imkan yaradacaq.
“EkoAvrasiya” Məşvərət Şurasının sədri, sabiq millət vəkili Feramüz Üstün və “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklu ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsipinə söykəndiyini, hər iki ölkə arasında strateji tərəfdaşlığın bütün region üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, dostluq və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Millət vəkili bildirib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Hikmət Babaoğlu diqqətə çatdırıb ki, iki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri sarsılmazdır. Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin regionda və müsəlman dünyasında həmrəyliyin təmin olunmasına da müstəsna töhfələr verdiyini deyib.
“Azərbaycan çox mühüm bir siyasi kampaniya - prezident seçkiləri ərəfəsindədir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib, ölkəmizin beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib”, - deyən H.Babaoğlu seçkilərin nəticələrinin Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22

