Azərbaycan–Almaniya tərəfdaşlığı regional əməkdaşlıq və sülhə yeni töhfələr verir
23.07.2026 [14:29]
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və keçirilən yüksək səviyyəli görüşlər bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa ilə münasibətlərini qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında ardıcıl şəkildə inkişaf etdirir. İmzalanan sənədlər və verilən mesajlar təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq və sabitliyin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da gücləndirib. Almaniya ilə strateji dialoqun başlanması da məhz bu uğurlu siyasətin növbəti nəticəsidir. Bu əməkdaşlıq iki dövlət arasında siyasi münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı maraqlara əsaslanan yeni təşəbbüslərin həyata keçirilməsinə geniş imkanlar açır.
Dövlət başçısının bəyanatında xüsusi yer tutan məsələlərdən biri regionda formalaşan yeni geosiyasi reallıqlar oldu. Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsi Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin yaranmasına səbəb olub. Bu gün ölkəmiz qarşıdurma deyil, dialoq və qarşılıqlı faydalı əməkdaşlıq siyasətini təşviq edir.
Prezident İlham Əliyev Almaniyanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına və sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Uzun illər davam edən münaqişənin arxada qalması region ölkələri üçün yeni iqtisadi, humanitar və nəqliyyat imkanları yaradır. Azərbaycanın təşəbbüsü ilə formalaşan əməkdaşlıq mühiti artıq praktik nəticələr verməyə başlayıb. Tranzit daşımalarının genişlənməsi, iqtisadi əlaqələrin inkişafı və regional kommunikasiyaların açılması bunun bariz nümunəsidir.
Müasir dövrdə nəqliyyat dəhlizləri dövlətlərin strateji əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Azərbaycan Şərqlə Qərbi, Orta Asiya ilə Avropanı birləşdirən etibarlı logistika mərkəzi kimi öz mövqeyini ildən-ilə möhkəmləndirir. Almaniyanın bu sahədəki zəngin təcrübəsi və texnoloji imkanları gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər yaradır.
Səfər zamanı Avropa İttifaqı ilə münasibətlərin inkişafına dair səsləndirilən fikirlər də diqqət çəkdi. Son dövrlərdə Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfərləri, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində əldə olunan nəticələr göstərir ki, ölkəmiz Avropanın etibarlı tərəfdaşlarından biri kimi qəbul edilir. Almaniyanın bu prosesdə oynadığı rol isə xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha sübut etdi ki, Azərbaycan yalnız regionun deyil, Avrasiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. İmzalanan sənədlər və əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq, regional əməkdaşlığın genişlənməsinə, sülhün möhkəmlənməsinə və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına yeni təkan verəcək.
Qasım Qasımov
Siyəzən RİHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28

