Azərbaycan gəncliyi İlham Əliyevdən güclü lider tanımır
05.04.2018 [10:16]
Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk illərdən başlayaraq cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin milli dövlət quruculuğu siyasətini uğurla davam və inkişaf etdirərək, Azərbaycan xalqının iqtisadi, ictimai-siyasi və mədəni tərəqqisi üçün çox böyük işlər görmüş, çox böyük nailiyyətlərə imza atmışdır ki, onların xeyli hissəsi Azərbaycan gəncliyinin taleyi, bu günü və gələcəyi ilə bağlıdır. Geniş təfərrüata varmadan həmin işlərin ən əsaslarını sadalasaq, buraya ilk növbədə gənc nəslin fiziki və mənəvi sağlamlığının, ictimai fəallığının təmin olunması, intellektual-mədəni səviyyəsinin yüksəldilməsi kimi mühüm məsələlər daxildir.
Cənab İlham Əliyev hələ Milli Olimpiya Komitəsinin prezidenti seçilərək onu həm ölkədə, həm də beynəlxalq aləmdə nüfuzlu bir quruma çevirdiyi dövrdən Azərbaycan istər peşəkar, istərsə də kütləvi idmanın mərkəzi kimi tanındı. Və bu, Azərbaycan gəncliyinin fiziki sağlamlığının ölkə səviyyəsində təmini demək idi. Çox keçmədi ki, dünyamiqyaslı yarışlarda qazanılan və o zamana qədər adət etmədiyimiz qələbələr yalnız gəncliyin deyil, bütövlükdə cəmiyyətimizin əhval-ruhiyyəsini yüksəltdi. Bu həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycan xalqı, xüsusilə Azərbaycan gəncliyi qarşısında Dağlıq Qarabağ kimi, eyni zamanda, hərbi-fiziki qüvvə tələb edən mürəkkəb bir problem dayanır. Və heç də təsadüfi deyil ki, Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində düşmən üzərindəki qələbəsi əsgərlərimizin bir tərəfdən mənəvi, digər tərəfdən isə fiziki hazırlığının nəticəsi idi.
Ölkədə gənclər siyasətinin uğurla həyata keçirilməsinin bir mühüm göstəricisi də orta və ali təhsil sahələrinin inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, qabaqcıl təhsil mərkəzləri ilə əlaqələrin intensivləşdirilməsi, istedadlı gənclərimizin dövlət hesabına dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanlarının artması ölkə daxilində də bu sahədə ciddi nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunur. Təkcə onu xatırlatmaq kifayətdir ki, son illərdə dünyanın heç bir yerində Azərbaycandakı qədər orta məktəb binası tikilməmiş və ya əsaslı təmir olunmamışdır. Ən ucqar kəndlərimizdə də keyfiyyətli orta təhsil almaq üçün hər cür imkan, ən müasir tələblərə uyğun şərait vardır.
Azərbaycan universitetləri müstəqilliyin ilk illərində düşdükləri acınacaqlı vəziyyətdən artıq tamamilə xilas olmuş, maddi-texniki durum yaxşılaşmış, peşəkarlıq, elmi-intellektual səviyyə beynəlxalq standartlara yaxınlaşmış, bir sıra sahələrdə isə yeni (milli) standartlar təklif etməyə başlamışdır. Əlbəttə, Azərbaycan xalqı təbiətən istedadlı xalqdır. Və milli müstəqillik həmin təbii istedadın qarşısındakı məlum maneələri aradan qaldırmaqla dünya elminə, mədəniyyətinə inteqrasiya üçün geniş meydan açmışdır ki, bunu da ilk növbədə universitetlərimiz həyata keçirir.
Sovetlər Birliyi dağıldıqdan sonra, demək olar ki, bütün postsovet məkanında elmlər akademiyaları ya bağlandığı, ya da öz nüfuzunu itirdiyi halda, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan MEA-nın fəaliyyəti daha da gücləndirilmiş, ölkənin elmi-ictimai, mədəni həyatındakı rolu yüksəlmiş, “elm-təhsil-istehsalat” proqramı reallaşmağa başlamışdır.
Universitetlərimizlə yanaşı, Azərbaycan MEA-nın da uğurları, heç şübhəsiz, ölkə gəncliyinin intellektual-mənəvi taleyinə birbaşa təsir göstərir.
Son illərdə orta ixtisas (peşə) təhsili sahəsində görülən işlərə gəldikdə isə, etiraf edək ki, bu həm təhsilin, həm də ölkənin iqtisadi həyatının daha da inkişafı sahəsində atılması çoxdan gözlənilən addımdır.
Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də onun hüdudlarından çox-çox uzaqlarda ən müxtəlif sahələrdə böyük uğurlara nail olmasında, əlbəttə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən azərbaycançılıq ideologiyası xüsusi rol oynayır. Və bu ideologiya gəncliyin vətənpərvərlik ruhunda yetişməsini təmin edir.
Azərbaycançılıq xalqımızın etnoqrafik təbiətindən, müstəqillik ideallarından, öz milli varlığını qorumaqla dünyaya inteqrasiya maraqlarından irəli gələn mütərəqqi bir ideologiyadır. Azərbaycanın təşəbbüsü, fəal iştirakı ilə keçirilən möhtəşəm beynəlxalq forumlar da təsdiq edir ki, bu ideologiya yüksək ümumbəşəri amallara, humanist məqsədlərə xidmət edir.
Lakin Azərbaycanda prezident seçkiləri ərəfəsində şahidi olduq ki, özünü azərbaycanlı adlandıran bir sıra üzdəniraq gənclər də tapıldı ki, ölkəmizin və inkişafımızın düşmənlərinin müxtəlif xarakterli təsir, təzyiq və hiylələrinə uyaraq dövlət başçımızın ünvanına çirkin, ilk növbədə, özlərinin hansı ideoloji “mətbəx”in məhsulu olduğunu nümayiş etdirən böhtanlar atdılar. Ancaq bu cür “gənclər” də, onların “böyüklər”i də bilməlidirlər ki, qeyri-əxlaqi, amoral, etik normalardan uzaq metod və üslullarla hər hansı “hücum” həmişə məğlubiyyətə, özü də şərəfsiz məğlubiyyətə məhkumdur.
Xalqımızın, dövlətimizin müstəqillik illərində, xüsusilə ölkəyə cənab İlham Əliyevin rəhbərlik etdiyi dövrdə nə qədər möhtəşəm uğurlar qazandığını görməmək yalnız düşmənçilik deyil, həm də mənəvi-ruhi korluqdur.
Əsl Azərbaycan gəncləri ölkədə inamla həyata keçirilən iqtisadi, sosial və mədəni inkişaf siyasətində fəal iştirak edir, ona öz töhfələrini verir və cəmiyyətimizin daha işıqlı gələcəyi üçün çalışırlar.
Azərbaycan gəncliyi İlham Əliyevdən güclü lider tanımır!..
İlk növbədə ona görə ki, cənab İlham Əliyev siyasi təlatümlərlə, fırtınalarla dolu bu mürəkkəb dünyada Öz xalqını mahir bir kapitan kimi inkişafın bir mərhələsindən digərinə inamla aparır. Və odur ki, bu günlərdə bütün Azərbaycan xalqı kimi, Azərbaycan gəncliyi də qürurla, cəsarətlə, gələcəyə böyük inamla deyir: İlhamla irəli!..
Altay Cəfərov
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

