Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
19.04.2018 [09:51]
Aprelin 18-də Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, gündəlik qəbul olunduqdan sonra MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək bu gün (yəni dünən - red.) Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasiminin keçirildiyini xatırladaraq, bu münasibətlə İdarə Heyətinin üzvləri adından dövlətimizin başçısını təbrik edib. O, Azərbaycan jurnalistlərinin VII qurultayının qərarı ilə Şuranın tərkibinin genişləndirildiyini vurğulayıb. Əlavə edib ki, hazırda İdarə Heyəti 23-ü əsas, 6-sı ehtiyat olmaqla 29 nəfərdən ibarətdir.
İclasda əvvəlcə Şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.
Sonra Şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.
İclasda MŞ-nin komissiyalarının sədrlərinin və tərkibinin müəyyənləşdirilməsi məsələsinə də baxılıb. Məlumat verilib ki, qurumun İdarə Heyətinin üzvləri növbəlilik əsasında şikayətlər üzrə komissiyanın işində iştirak edirlər. Nizamnaməyə görə, komissiyaya sədrliyi də Şura sədrinin müavinləri növbəlilik əsasında həyata keçirirlər. Tərkib iki ildən bir yenilənir. Müzakirələrdən sonra Müşfiq Ələsgərli sədr olmaqla növbəti iki il müddətinə şikayətlər üzrə komissiyanın tərkibi təsdiqlənib.
Şuranın İdarə Heyətinin üzvləri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə reket jurnalistikaya qarşı mübarizə komissiyasının, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət beynəlxalq əlaqələr komissiyasının, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli dil komissiyasının, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı internet medianın inkişafı üzrə komissiyanın sədrləri seçiliblər. Həmçinin komissiyaların, Şuranın apellyasiya qrupunun tərkibi təsdiqlənib.
İclasda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində işçi qrupunun fəaliyyəti məsələsinə baxılıb. MŞ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə qrupun rəhbəri seçilib.
Mətbuat Şurasının nəzarət-təftiş komissiyasının yeni sədri də təqdim olunub. Nizamnaməyə əsasən komissiyaya qurultay tərəfindən seçilmiş üç şəxs arasından sədr seçilir. Bu vəzifəyə “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu seçilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

