Düşmən dinc sakinləri hədəfə alır
20.04.2018 [10:24]
Yuxarı Qiyaməddinli kəndindən reportaj
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biridir. Ermənistan silahlı birləşmələri bu kəndi 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıblar. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər. Ötən gün - aprelin 18-də Yuxarı Qiyaməddinli kəndinin ərazisi ermənilərin növbəti təxribatına məruz qalıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri hadisənin baş verdiyi Yuxarı Qiyaməddinliyə gedib, kənd sakinləri ilə söhbət edib. Onun hazırladığı reportajı təqdim edirik.
Kənddə ilk həmsöhbətim olan Həbib Mamedov yerli sakinlərin 25 ildir erməni təxribatı ilə üz-üzə qaldığını bildirdi: “1993-cü ildə ermənilər kəndi işğal edəndə 8 nəfər mülki vətəndaşı qətlə yetirdilər. 100-dən artıq ev yandırıldı, 700 başdan çox xırdabuynuzlu heyvan aparıldı, 100 başadək iribuynuzlu heyvan tələf oldu. Kənd ikinci dəfə 1994-cü il iyunun 12-də işğal edilsə də, ordumuz elə həmin gün düşməni buradan qovub çıxardı. Xain ermənilərin basdırdıqları minaların partlaması nəticəsində indiyədək üçü azyaşlı olmaqla, 5 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli xəsarət alaraq, sağlamlığını itirib. Onlardan da 8-i uşaqdır. Düşmənin atəşi nəticəsində daha iki dinc sakin həyatını itirib. İki il əvvəl isə kənd sakini Zöhrab Hacıyev başından güllə yarası alıb”.
Söhbət edə-edə məktəbə çatırıq. Tənəffüs vaxtı olduğundan uşaqlar məktəbin həyətində oynayırdılar. Onlar söhbət zamanı atəşkəsin tez-tez pozulduğunu bildirdilər. Şagirdlərdən biri - İbrahim Quliyev məktəb üçün yeni bina tikildiyini, dərsə həvəslə gəldiklərini dedi. Tez-tez eşidilən atəş səsləri uşaqları qorxutsa da, onlar dərsdən qalmırlar.
Sonra bir gün əvvəl düşmən atəşi nəticəsində yaralanan Rahim Hacıyevin evinə yollandıq. Həyat yoldaşı Günay Hacıyeva və azyaşlı övladı həyətin darvazasında dayanaraq yola baxır, yol gözləyirdilər.
Bu vaxt Rahimin dayısı oğlu Ülvi Piriyev də gəlib çıxdı. Dedi ki, Rahim yaralanan vaxt bir yerdə olublar: “Pay torpağımızda mal-qara otarırdıq. Qəfildən güllə səsləri eşidildi və Rahim qışqırdı. Onun yaralandığını görüb tez kəndə zəng etdim. Maşın gəldi, xəstəxanaya apardıq. Vəziyyəti çox ağır idi”.
Yaz mövsümi ilə əlaqədar kənd sakinləri hazırda əkin-səpin aparır, mal-qaranı örüşə çıxarırlar. Yerli əhalinin bir hissəsinin pay torpağı kəndin yuxarı hissəsində olduğundan ermənilər onlara təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər.
Kənd sakini Rüstəm Quliyev bildirdi ki, hər il yaz-yay vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları onları hədəfə alırlar və bu səbəbdən təsərrüfat işləri ilə məşğul ola bilmirlər. “Düşmən kəndi, sakinləri, sahədə işləyən traktor və digər texnikaları, mal-qaranı tez-tez atəşə tutur. Lakin ermənilərin təxribatları bizi qorxutmur. Çünki biz doğma torpağımızdayıq, öz Vətənimizdəyik. Ordumuza, Prezidentimizə güvənərək burada yaşayırıq”, - deyə Rüstəm Quliyev vurğuladı və divarlardakı, darvazalardakı güllə yerlərini göstərdi.
Yuxarı Qiyaməddinlidən ayrılıb Rahim Hacıyevin müalicə olunduğu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yollandım. Həkimlər onun vəziyyətinin yaxşılaşdığını və stabil olduğunu dedilər.
Xatırladım ki, dünən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov müayinənin nəticələri barədə məlumat verərək, güllənin xəstənin sağ döş qəfəsindən daxilə keçdiyini, 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında qaldığını bildirmişdi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq hələlik mümkün olmayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

