/ / “İkinci saatdan sonra gördük ki, Heydər Əliyevin şəkli namizədlərin sırasında birinci yerə yerləşdirilib”
“İkinci saatdan sonra gördük ki, Heydər Əliyevin şəkli namizədlərin sırasında birinci yerə yerləşdirilib”
10.05.2018 [12:31]
Elza Qüdrətqızının 2011-ci ildə nəşr olunmuş “Qüdrət müəllim 30 ildən sonra” adlı kitabı Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin tanınmış ziyalısı, yüksək vətənpərvərliyi, milli təəssübkeşliyi ilə seçilən, öz qısa, lakin mənalı ömrünü bütünlüklə gənc nəslin təlim-tərbiyəsinə, millətinin maariflənməsinə sərf edən gözəl insan, səriştəli pedaqoq Qüdrət Orucovun həyat və fəaliyyəti haqqında müxtəlif maraqlı məqamlarla zəngindir. Beynəlmiləl Lehvaz kənd orta məktəbinin direktoru olan Qüdrət müəllim rəhbərlik etdiyi orta məktəbi respublikanın örnək təhsil ocaqlarından birinə çevirmişdir. Sözügedən kitabda Qüdrət müəllimin Ulu öndər Heydər Əliyevlə bağlı bir xatirəsi də diqqətimizi çəkdi. Həmin xatirəni ixtisarla təqdim edirik:
Qüdrət müəllim gördüyü hər hansı bir haqsızlıqla, qəsdən edilmiş səhvlə barışmazdı. Biz Qüdrət müəllimlə İrəvana, azərbaycanlı təbliğatçıların üçgünlük seminarına getmişdik. Seminar Mərkəzi Komitənin Siyasi Maarif Evində keçirilirdi. Dəhlizdə gəzərkən Qüdrət müəllimin gözü Siyasi Büro üzvlərinin şəkilləri vurulmuş lövhəyə sataşdı. Lövhədə Heydər Əliyevin şəkli lap sonda yerləşdirilmişdi (o zaman Heydər Əliyev Siyasi Büro üzvlüyünə namizəd idi). O, məni yanına çağırıb dedi:
- Bura bax, əclaflar Heydər Əliyevin şəklini sonda yerləşdiriblər.
Bu anda zəng oldu, biz iclas zalına keçdik. Zal azərbaycanlı təbliğatçılarla dolu idi. Tribunada o zaman cavan olan Seyfəddin Qəndilov göründü. O, bizimlə salamlaşdıqdan sonra dərsə başlamaq istəyəndə Qüdrət müəllim ona müraciətlə dedi ki, mənim sualım var. Müəllim məsləhət gördü ki, sualı sonda versin. Qüdrət müəllim etiraz etdi, onun razılığını gözləmədən dedi:
- Siyasi Büro üzvlərinin şəkilləri nəyə əsasən düzülməlidir?
Seyfəddin müəllim bir az duruxdu və dedi ki, əlifba sırası ilə.
Qüdrət müəllim qəzəbli bir səslə dedi ki, bəs nə üçün Heydər Əliyevin şəklini lap sonda vurublar? Müəllim buna inanmadığını bildirdi. Birinci saat qurtaran kimi Qüdrət müəllim ərklə Seyfəddin Qəndilovun qoluna girib, lövhənin qarşısına gətirdi. Müəllim təəccübünü gizlədə bilmədi. Siyasi Maarif Evinin direktorunun otağına keçdi. Biz isə dağılışdıq. İkinci saatdan sonra gördük ki, Heydər Əliyevin şəkli namizədlərin sırasında birinci yerə yerləşdirilib. Qüdrət müəllim lövhəyə baxaraq qalib kimi dedi:
- Bax, belə olmalıdır!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

