Nüfuzlu elm xadimi, peşəkar həkim və möhkəm əqidəli insan
23.06.2018 [09:18]
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, YAP Siyasi Şurasının üzvü Sudeif İmamverdiyevin 80 yaşı tamam olur
Bütün dövrlərdə bacarıqlı, istedadlı, müdrik insanlar olub və belə insanlar hər zaman müxtəlif sahələr üzrə fəallığı ilə cəmiyyətin ön sıralarında gediblər. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində də xüsusi rola malik olan şəxslər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə vacib məsələlərdən biridir. Çünki zəngin, keşməkeşli həyat yolu keçmiş bu insanlar yetişməkdə olan nəslin həyat yoluna istiqamət verə, onlara düzgün yönü göstərə bilərlər. Bir neçə gün sonra 80 illik yubileyini qeyd edəcək AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Sudeif Bəşir oğlu İmamverdiyev də məhz belə insanlardan biridir.
Həkimlik peşəsinə aparan yol
Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci il iyulun 2-də Astara şəhərində müəllim ailəsində anadan olub. Astara orta məktəbinin rus bölməsini bitirərək o, 1956-cı ildə indiki Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olunur və ali məktəbi 1962-ci ildə başa vurur. V-VI kurslarda tədris alarkən S.İmamverdiyev tələbə elmi cəmiyyəti xətti ilə “Nefrektomiyadan sonra qalmış yeganə böyrəyin funksiyası” mövzusunda klinik elmi iş aparır, elmi konfransda çıxış edir və Bakı Komsomol Təşkilatının Fəxri Fərmanına layiq görülür. Apardığı elmi işin rəhbərləri ATU-nun Hospital cərrahiyyə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Böyükbəy Mamudbəyov və dosent Məhəmməd Muradov olurlar. Adları çəkilən bu iki alim XX əsrin ikinci yarısında ölkəmizdə tanınmış məşhur cərrah-alim idilər və akademik Mir Əsədulla Mirqasımovun yetirməsi idilər. Beləliklə, Sudeif İmamverdiyev də cərrahi biliklərinin əsaslarını akademik M.Ə.Mirqasımovun məktəbində almış olur. Professor B.Mahmudbəyov S.İmamverdiyevin perspektivini görərək ona himayədarlıq edir, ali məktəbin rəhbərliyinə yazılı müraciət edir ki, ona cərrahiyyə sahəsində işləmək üçün dəstək versinlər.
Ali məktəbi bitirdikdən sonra isə (1962-ci il) zabit olaraq hərbi xidmətə gedən S.İmamverdiyev leytenant rütbəsində Latviyanın paytaxtı Riqa şəhərində hərbi həkimləri təkmilləşdirmə kursu keçir və təyinat almaq üçün SSRİ-nin paytaxtı Moskva şəhərinə sovet ordusunun dəmir yolu qoşunlarının kadrlar idarəsinin sərəncamına göndərilir. O, Moskva hərbi dairəsinin Qorki (Nijni Novqorod) şəhərində yerləşən bir tank alayının tibb məntəqəsinə rəis vəzifəsinə təyin olunur ki, şəhərdə böyük hərbi hospitalın cərrahi şöbəsində öz boş vaxtının hesabına cərrahiyyə üzrə fəaliyyətini davam etdirsin. Alayın hərbi məntəqəsində elə bir iş olmadığı üçün S.İmamverdiyev tez-tez hərbi hospitalın cərrahları ilə işləyir, tez bir vaxtda öz mədəniyyəti, rus dilini mükəmməl bilməsi və işgüzarlığı ilə onların rəğbətini qazanır. O, 1962-ci ilin oktyabrından 1963-cü ilin noyabrına qədər yuxarıda qeyd olunan kimi işləyərək xeyli cərrahi təcrübə əldə edir. Həmin vaxt hospitalın 120 çarpayılıq cərrahi şöbəsində böyük işlər gedirdi, ondan əlavə, Qorki Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasının müdiri, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü Boris Korolev hərbi hospitalda konsultant olaraq tez-tez əməliyyatlar edir və gənc həkim Sudeif də ikinci assistent kimi bu əməliyyatlarda iştirak edə bilirdi ki, bu da çox qiymətli təkmilləşmə məktəbi olur.
Uğur qazanmaq üçün müəllim zəhməti əvəzolunmazdır
Beləliklə, Qorki qornizonu tibb xidməti rəhbərliyi gənc həkimin çox perspektivli olmasını görür və xidməti stajının iki ili başa çatandan sonra onun Leninqrad Hərbi Tibb Akademiyasına aspiranturaya göndərilməsi barədə təklif irəli sürür. Eyni zamanda, o dövrdə (1963-1964) sovet ordusunda böyük ixtisarlar başlanır və S.İmamverdiyev bu imkandan istifadə edərək ordudan tərxis olunaraq Azərbaycana qayıdır. O, professor B.Mahmudbəyovun rəhbərlik etdiyi klinikada 1963-cü ilin noyabr-dekabr aylarında pulsuz işləyir və rəsmi işlə təmin olunmağa çalışır. B.Mahmudbəyov o zaman gənc həkimin rəsmi işlə təmin olunması üçün müvafiq qurumların rəhbərliyinə müraciət edir və beləliklə, S.İmamverdiyev o zaman tibb elmləri doktoru Məmməd Cavad oğlu Cavadzadə ilə tanış olur. O vaxtlar Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasının müdiri M.Cavadzadə cavan və bacarıqlı həkimlərlə maraqlanırdı. S.İmamverdiyevlə tanış olan M.Cavadzadə onun M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının urologiya şöbəsinə ordinator vəzifəsinə qəbul olunmasına köməklik edir. Bununla da, gənc həkim 30 dekabr 1963-cü ildən M.Cavadzadənin rəhbərliyi altında işləməyə başlayır. S.İmamverdiyev M.Cavadzadənin təklifi ilə 1964-cü ilin əvvəlindən başlayaraq Azərbaycanda ilk dəfə olaraq “Limfoqrafiya” rentgen müayinəsi tətbiq edir. 1965-ci ildə isə o, professor M.Cavadzadə ilə birlikdə “Sidiklik xərçənginin metastazlarının diaqnostikasında limfoqrafiya və çanaq fleboqrafiyasının əhəmiyyəti” adlı elmi məqalə çap etdirir. Elmi pedaqoji işə olan yüksək marağı nəzərə alınaraq o, 1965-ci ilin dekabrında Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasına assistent vəzifəsinə seçilir. Gənc həkim elmi-pedaqoji işində çox səmərəli və intizamlı olur, böyük hörmət qazanır və professor M.Cavadzadənin rəhbərliyi altında “Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümük daxili çanaq fleboqrafiyası” mövzusunda dissertasiyasını uğurla müdafiə edir. O dövrdə aparılan bu işlər çox böyük praktiki əhəmiyyətə malik idi.
36 yaşlı tibb elmləri doktoru
Qeyd edək ki, Tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etdikdən sonra da gənc alim öz axtarışlarını dayandırmır. Professor Cavadzadənin təklifi ilə o, böyrək, böyrəküstü vəz mənşəli hipertoniyası olan xəstələrin cərrahi müalicəsi problemi ilə məşğul olur. 1970-ci ildə S.İmamverdiyevin M.Cavadzadə ilə birlikdə “Urologiyada limfoqrafiya və çanaq fleboqrafiyası” adlı ilk monoqrafiyası çap olunur. 1971-ci ildə gənc həkim öz xahişi ilə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə işə keçir. O dövrdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olan professor Heybət Abdullayevin və kafedranın müdiri Mehdi Mehdiyevin dəstəyi ilə S.İmamverdiyev 1972-ci ilin oktyabr ayında doktorluq dissertasiyası işini davam etdirmək üçün Moskva şəhərinə Ümumittifaq Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutuna göndərilir. Akademik, Sosialist Əməyi Qəhrəmanı Boris Petrovskiyin rəhbərlik etdiyi bu institut sovetlər ittifaqında ən böyük cərrahi mərkəzlərdən biri idi. S.İmamverdiyevin doktorluq dissertasiyasının elmi rəhbərləri isə akademik B.Petrovsiy və SSRİ-də məşhur damar cərrahı Marat Knyazev olurlar. S.İmamverdiyev 1974-cü ilin dekabrında, 36 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edir. “Hər iki böyrək arteriyasının xəstəliyi nəticəsində yaranmış vazorenal hipertoniyanın cərrahi müalicəsi” dissertasiyası cərrahi nefrologiya sahəsində sensasiya doğurur və çox ağır qrup xəstələrin müalicəsinin təşkilini xeyli yaxşılaşdırır. Bundan başqa, gənc alim dünyada ilk olaraq klinik praktikada müəyyən edir ki, hər iki böyrək arteriyasının daralması nəticəsində əmələ gələn vazorenal hipertoniya zamanı böyrəklərin biri hipertrofiyaya uğraya bilər.
1975-ci ilin yanvarından tibb elmləri doktoru S.İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb Universitetində urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə məhz onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb Universitetində urologiya kafedrası açılır. 1976-cı ildə o, urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.
Vurğulamaq yerinə düşər ki, geniş biliklərə və yüksək təcrübəyə malik olaraq S.İmamverdiyev urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlər əldə edib. Alim cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş ixtira və səmərələşdirici təkliflər verib. Bütün bunlar urologiyanın inkişafına güclü təkan verib və xəstələrin müalicəsində böyük dönüş yaradıb.
Sudeif İmamverdiyevin fəaliyyəti ölkəmizdən kənarda da yüksək qiymətləndirilir
Alim Azərbaycan elmini dəfələrlə dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil edib. O, işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışıb, öz bilik və bacarığını əsirgəməyib.
Həm ölkəmizdə, həm də xaricdə tibb sahəsində görkəmli alim və cərrah kimi tanınan S.İmamverdiyev urologiyanın ən ağır və aktual problemlərinə həsr olunmuş 375-dən çox elmi əsərin (o cümlədən 4 dərslik, 10 monoqrafiya, 5 metodik, 6 dərs vəsaiti) müəllifidir. Onun rəhbərliyi altında 20 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunub, 2 doktorluq dissertasiyası müdafiəyə təqdim olunub, 2 tibb üzrə doktorluq və 2 fəlsəfə doktorluğu dissertasiyası hazırlanır. Onu da xüsusi vurğulayaq ki, məhz S.İmamverdiyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə böyrəkdə, sidik axarında laparoskopik əməliyyatlar 2013-cü ildən həyata keçirilməyə başlanıb və bu işlər uğurla davam etdirilir.
Qeyd etmək yerinə düşər ki, S.İmamverdiyevin fəaliyyəti ölkəmizdən kənarda da yüksək qiymətləndirilir. Belə ki, o, 1993-cü ildən Avropa Uroloqları Assosiasiyasının həqiqi üzvüdür, həmçinin 2002-ci ildə Gürcüstan Uroloqlar, 2007-ci ildə Türkiyə Androloqlar assosiasiyalarının fəxri üzvü seçilib. S.İmamverdiyev, eyni zamanda, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür, eləcə də tibb üzrə bir sıra beynəlxalq qurumlar tərəfindən müxtəlif medallarla təltif olunub.
Ölkəmizdə də S.İmamverdiyevin tibb sahəsində fəaliyyəti daim yüksək qiymətləndirilir. Belə ki, o, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, akademik Yusif Məmmədəliyev adına medala və müxtəlif təşkilatlar tərəfindən diplom, fəxri fərmanlara, digər mükafatlara layiq görülüb.
Xüsusilə qeyd etməliyik ki, S.İmamverdiyevin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə o, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə S.İmamverdiyev “Əməkdar elm xadimi” fəxri adına, “Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nə layiq görülüb, həmçinin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən ziyalı
Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən S.İmamverdiyevi cəmiyyətə daha yaxından tanıdan amillərdən biri də onun 1990-cı illərin əvvəlində bir ziyalı olaraq ölkəmizin üzləşdiyi problemlərə görə narahatlıq keçirməsi və problemlərdən qurtulmaq üçün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizəyə qoşulması idi. O zaman respublikamızın bir çox ziyalısı kimi, S.İmamverdiyev də ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. Müstəqilliymizin ilk illərində ölkəmiz ağır durumda olarkən o, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib, 1992-ci ildə Ulu öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”dən biri olub. Həmin dövrü S.İmamverdiyev belə xatırlayır: “Əlbəttə, o dövrdə respublikada vəziyyət o qədər ağır idi ki, həqiqətən də, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən, Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən, ölkə daxilində iqtisadi, ictimai-siyasi böhran dərinləşirdi. Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma ozamankı hakimiyyət Ümummilli lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə, Ona qarşı əsassız mübarizə aparırdılar. Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər. Respublikanın bütün əhalisi Ulu öndərin hakimiyyətə gəlməsini istəyirdi. Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdi. “91-lər hərəkatı” kimi tariximizə düşən bu hadisə çox önəmlidir. 91 ziyalı Ulu öndər Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Ulu öndər Heydər Əliyev “91-lər”in müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində hazırlıq işləri başladı. 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yarandı və qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkəmizi bütün təhlükələrdən xilas etdi və Azərbaycanı inkişaf yoluna çıxardı. Bugünkü müstəqil, güclü Azərbaycan məhz Ümummilli liderimizin şah əsəridir”.
Yubilyar qeyd edir ki, 2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın güclü dövlətinə çevrilib: “Əminəm ki, hər bir azərbaycanlı bugünkü müstəqil dövlətimizlə qürur duyur”.
İctimai fəaliyyətindən söz düşmüşkən onu da qeyd etməliyik ki, Sudeif müəllim 1995-2000 və 2000-2005-ci illərdə Milli Məclisin deputatı olarkən müstəqil dövlətimizin qanunlarının qəbul olunmasında fəal iştirak edib. Bu gün isə o, YAP Siyasi Şurasının üzvü və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətini uğurla davam etdirir.
Sudeif müəllim həm də gözəl ailə başçısıdır. O, gərgin iş rejimindən sonra asudə vaxtını ailəsi ilə keçirir. Təbii ki, mehriban ailə mühiti, bədii ədəbiyyatı, xüsusilə tarixi əsərləri mütaliə etmək, milli və dünya musiqilərini zövqlə dinləmək, həftəsonunu təbiətin qoynunda keçirmək S.İmamverdiyevə əlavə ruh verir.
Sudeif müəllimin iki övladı var. Oğlu Cavid İmamverdiyev rejissorluq fəaliyyəti ilə məşğuldur. Qızı Sevinc xanım isə yubilyarın yolunu davam etdirir. O, tibb üzrə fəlsəfə doktorudur və Fizioterapiya və Reabilitasiya Elmi Tədqiqat İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Sevinc xanım təcrübəli nefrapotoloq kimi hər zaman insanların sağlamlığının keşiyində dayanır.
Böyük zəka və dərin mənəviyyat sahibi olan Sudeif İmamverdiyev ünsiyyətdə olduğu insanlara, xüsusilə gənclərə özlərinə inam, vətən təəssübşkeşliyi, dərin biliklər, dürüstlük aşılayır. O, ömrünün müdrik çağında da - 60 illik həkimlik, 53 illik pedaqoji fəaliyyətini tam gücü ilə, həvəslə davam etdirir. Bu gün də Sudeif müəllimin elmi potensialına, həkimlik savadına və ictimai nüfuzuna cəmiyyətdə ehtiyac duyulur. Sudeif İmamverdiyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48

