Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Ebru - rənglərin su üzərində rəqsi” adlı layihə həyata keçirilib

“Ebru - rənglərin su üzərində rəqsi” adlı layihə həyata keçirilib

17.07.2018 [09:20]

İyulun 14-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının və Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının gənc fəalı, Binəqədi Bələdiyyəsinin üzvü Aysel Əlizadənin “Ebru - rənglərin su üzərində rəqsi” layihəsi həyata keçirilib.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, bələdiyyə üzvləri, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı, ebruzən Sevinc Əliyeva və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin, ölkə gənclərinə, o cümlədən rayon gənclərinə göstərilən diqqət və qayğının nəticəsi olaraq bu cür layihələrin sayının daha da artdığını, YAP Binəqədi rayon təşkilatının gənclərin istənilən maraqlı təkliflərinə təşkilati dəstək verdiyini deyib.
Sonra çıxış edən layihə rəhbəri Aysel Əlizadə dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasəti, layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O, çıxışında həmçinin layihəni həyata keçirmək üçün yaradılan şəraitə görə YAP Binəqədi rayon təşkilatına və Binəqədi Bələdiyyəsinə təşəkkür edib.
Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı çıxış edərək rəhbərlik etdiyi bələdiyyənin həyata keçirdiyi çoxsaylı layihələrdən danışıb. O, eyni zamanda, Binəqədi Bələdiyyəsinin üzvlərinin təşəbbüslərinə dəstək verdiyini vurğulayıb.
Sonda çıxış edən “Yeni Azərbaycan” qəzetinin əməkdaşı, ebruzən Sevinc Əliyeva “Ebru” sənətinin tarixi, mənşəyi barədə məlumat verərək prosesin tamamilə təbii materiallar əsasında həyata keçirildiyini, qatışdırılmış su üzərində aparıldığını və boyaların torpaqdan hazırlandığını vurğulayıb. Daha sonra “Ebru” sənəti layihə iştirakçılarına əyani şəkildə göstərilib və tək-tək öyrədilib. Ebruzən Sevinc Əliyeva iştirakçıları maraqlandıran suallara cavab verdikdən sonra layihədə iştirak etmiş gənclərə sertifikatlar verilib.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31