Pilot tibb müəssisələrində keçirilən sorğunun nəticələri açıqlanıb
11.08.2018 [09:57]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot tibb müəssisələrində-Mingəçevir şəhər və Yevlax rayon mərkəzi xəstəxanalarında çalışan həkimlər arasında keçirilmiş “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsinə dair sorğunun” nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə təqdim edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sorğularda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından (ŞMX) 190, Yevlax Rayon Mərkəzi Xəstəxanasından isə 123 həkim iştirak edib.
Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir ŞMX-də çalışan həkimlərin 85,3, Yevlax RMX-də isə 82,1 faizi 105-300 manat həcmində məvacib alıb. Ötən ildən etibarən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-də fəaliyyət göstərən həkimlərin əməkhaqlarına 2 növdən ibarət əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-də çalışan həkimlərin 53,1 faizinin, Yevlax RMX-də isə 62 faizinin məvacibi 341-540 manat olub. 541 manatdan çox məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36,9, Yevlax RMX üzrə 28 faiz təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə görə Mingəçevir ŞMX üzrə bu göstərici 58,4, Yevlax RMX üzrə isə 56 faizə bərabər olub.
Sorğuların nəticələrindən məlum olub ki, Mingəçevir ŞMX-də aparılmış islahatlardan həkimlərin 77,3, tibb müəssisəsinin dərman vasitələri ilə təminatından 76,4, tibbi avadanlıqlarla təchizatdan 75,8 faizi razıdır. Yevlax RMX-də isə bu göstəricilər müvafiq olaraq 82, 63, 61 faiz təşkil edib.
Mingəçevir ŞMX və Yevlax RMX-də çalışan həkimlərin əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinə müsbət təsir etdiyini bildirib. Onlar əməkhaqlarının artırılmasını, tibb müəssisələrinin müvafiq tibbi avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin yaxşılaşmasını, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər.
Tibb müəssisələrində işin təkmilləşdirilməsi məqsədilə verilən təkliflərə gəldikdə isə həkimlərin əksəriyyəti bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarının və təlimlərin təşkilini, İTS-nin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Agentlik, həmçinin Ağdaş Rayon Mərkəzi Xəstəxanasında (Ağdaş RMX) “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair” keçirilən sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Qeyd edək ki, həmin sorğu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdaş rayonu üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirilib. Bunu nəzərə alaraq Ağdaş RMX-də 96 nəfər arasında keçirilən sorğu zamanı həkimlərin əməkhaqlarının müqayisəli təhlili aparılmayıb, onların işdən məmnunluğu, İTS-lə bağlı məlumatlılığı, təlimə ehtiyaclarının qiymətləndirilməsi və İTS-lə bağlı gözləntiləri müəyyən edilib.
Nəticələrdən məlum olub ki, Ağdaş RMX-də çalışan həkimlərin cəmi 17 faizi aldıqları məvacibdən razıdır. Burada tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatından razı olanlar 54, dərman vasitələri ilə təminatından razı olanlar 46,9 faiz təşkil edib. Həkimlərin 50 faizi iş şəraitini yüksək qiymətləndirib.
Tibb işçilərinin 87,5 faizi pasiyentlə işləməkdən çox məmnundur. Tibb müəssisəsində işin daha səmərəli təşkili və tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün təlimlərin təşkilini zəruri hesab edənlər 84,4 faiz təşkil edib. Burada çalışan həkimlərin 97,8 faizi İTS-nin tətbiqinin müsbət dəyişikliklərə səbəb olacağını bildirib.
Həkimlər işin təkmilləşdirilməsi məqsədilə tibb müəssisəsinin dərman vasitələri, tibbi avadanlıqlarla təminatını, iş şəraitinin yaxşılaşdırılmasını və əməkhaqlarının artırılmasını təklif ediblər.
Qeyd edək ki, sorğu bu il Agentlik və hər üç bölgənin Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Şuraları ilə birgə keçirilib.
Agentliyin rəsmi internet saytından - its.gov.az-dan tanış ola bilərsiniz.
Xəbər lenti
Hamısına baxGündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51

