DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
18.08.2018 [09:20]
Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxda yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.
Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən və dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafındakı xidmətlərini diqqətə çatdırıb. Xidmət rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verildiyini, dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd edib.
Dövlət Sərhəd Xidmətinin rəisi Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.
General-polkovnik Elçin Quliyev Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının - Milli Qurtuluş Gününün 25-ci ildönümü ərəfəsində iki mindən artıq sərhədçinin xüsusi hazırlanan və uzunluğu iki min metr olan dövlət bayrağımızı çiyinləri üzərində daşıyaraq “Zəfərə doğru” yürüş etməsini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ən yaxın zamanlarda bu zəfər yürüşünün zəfər döyüşünə çevriləcəyinə, Vətən sərhədlərinin bütövlüyünün təmin ediləcəyinə, işğaldan azad olunacaq ərazilərdə şərəf və ləyaqət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına əminliyini bildirib.
Valideynlər çıxışlarında yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı arzulayıblar.
Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və ailə üzvləri ilə görüşüb. Xidmət rəisi onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına DSX tərəfindən ciddi önəm verildiyini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. General-polkovnik Elçin Quliyev oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

