Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
21.08.2018 [09:13]
Ermənistan silahlı birləşmələrinin Füzuli və Cəbrayıl rayonlarını işğal etməsinin 25-ci ildönümü ilə əlaqədar avqustun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində anım tədbiri keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışarkən bildirib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb.
Bildirilib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdıb müstəqil dövlət quruculuğuna başladıqdan sonra qısa müddətdə səfərbər edilən ordu bölmələrimizin 1993-cü ilin dekabrında həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilib, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Füzuli və Cəbrayıl rayonundan olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər.
Sonda “Erməni işğalında qalan Cəbrayıl” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

