/ / Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Astanada keçirilən beynəlxalq konfransda çıxış edib
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Astanada keçirilən beynəlxalq konfransda çıxış edib
06.09.2018 [09:27]
Qazaxıstanın Astana şəhərində “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir.
Konfransda Əfqanıstanın inkişafında qadınların rolu, onların təhsil səviyyəsinin yüksəldilməsi, əmək bazarında fəal iştirakının təmin olunması vasitəsilə ölkənin sosial-iqtisadi, təhsil sahəsində hüquq və imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması, regional əməkdaşlıq vasitəsilə qadınların iqtisadi imkanlarının inkişafına dair məsələlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstan Parlamenti Senatının beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair İctimai Şuranın sədri Dariga Nazarbayeva, Dövlət Katibi Gülşara Abdukalikova, Qazaxıstan Xarici İşlər naziri Kayrat Abdraxmanov və digər siyasətçilərin, beynəlxalq təşkilatların regional rəhbərlərinin və qadın hüquqları müdafiəçilərinin iştirak etdiyi konfransda ölkəmizi Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
“Əfqan qadınların iqtisadi imkanlarının genişləndirilməsi vasitəsilə dayanıqlı iqtisadi artım” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Sahil Babayev gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycanda aparılan fəal dövlət siyasəti barədə məlumat verib. Azərbaycanda qadın hüquqlarının geniş şəklidə qorunduğunu, bu sahədə tarixinin mövcud olduğunu deyən nazir hələ 1918-ci ildə, bu il 100 illiyi qeyd edilən, İslam dünyasında ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verildiyini diqqətə çatdırıb.
Sahil Babayev bildirib ki, bütün sahələrdə gender bərabərliyinin təmin olunması ilə bağlı əsas beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycanda qadınlar əhalinin 50,1 faizini təşkil edir. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47-si, işçi qüvvəsinin 48,6 faizi, məşğul əhalinin 48,1 faizi, elmi işçilərin 53,6 faizi qadınlardır. Seçkili, idarəetmə və məhkəmə orqanlarında, təhsil sahəsində, əmək bazarında qadınlar layiqincə təmsil olunurlar.
Nazir vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması ümumən regionda sosial inkişafa, habelə qadınların sosial hüquqlarının tam təmin olunmasına ciddi maneə yaradır.
Sahil Babayev əfqan qadınlarının insan hüquqlarının müdafiəsi, sağlamlıq və təhlükəsizlik, habelə iqtisadi hüquqlarının təmin olunması ilə bağlı BMT-nin təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini deyib. Nazir iqtisadi islahatlarda gender aspektinin nəzərə alınması, qadınların məşğulluq problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Əfqanıstan Hökuməti ilə əməkdaşlığın mümkünlüyünü və bunun əhəmiyyətli olacağını diqqətə çatdırıb. O, xüsusilə özünüməşğulluq proqramının icrası sahəsində ölkəmizin təcrübəsinin Əfqanıstanla bölüşülməsinin və bu sahədə lazımi metodiki dəstəyin verilməsinin mümkünlüyünü qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzi əfqan qadınlarının məşğulluq potensialı yüksək olan sahələr üzrə müvafiq bilik və bacarıqlara yiyələnməsi işlərində də yaxşı imkanlar yarada biləcəyini qeyd edən nazir Azərbaycan və Əfqanıstan arasında yaradılacaq hökumətlərarası birgə işçi qrupun fəaliyyət gündəliyində digər məsələlərlə yanaşı, əfqan qadınların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əməkdaşlığın da olmasını təklif edib.
Sahil Babayev Əmək Mərkəzi vasitəsilə əfqan qadınlarına həm məsafəli, onlayn, həm də Bakıda müxtəlif növ xidmətlər göstərə bilmək, onların səriştə və bacarıqlarının artırılmasına, təhsil sahəsində dəstək göstərmək, əmək bazarına inteqrasiya baxımından təlim və treninqlərinin keçirə biləcəyini də təklif etdi.
Daha unikal bilik və bacarıqlar sayəsində qlobal problemləri həll etmək məqsədilə Azərbaycanın “İnsan kapitalını inkişaf etdirməklə daha yaxşı gələcək qurmaq” mövzusunda “Expo 2025”ə ev sahibliyi etmək təşəbbüsünü irəli sürdüyünü vurğulayan nazir konfrans iştirakçılarını Azərbaycanı bu təşəbbüsdə dəstəkləməyə dəvət edib.
Konfransın sonunda Əfqanıstan qadınlarının hüquqlarının genişləndirilməsi sahəsində bəyannamə qəbul olundu.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

