Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub
18.09.2018 [09:45]
Sentyabrın 16-da IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda, çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası Buzovna çimərliyi ərazisində təşkil olunub.
Sözügedən aksiyaya Sabunçu və Xəzər Gənclər Evinin təbiətsevər gəncləri, ali və orta təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının fəal üzvləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 300 nəfərdən çox könüllü gənc qoşulub.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təmin olunmuş iştirakçılar çimərlikdən topladıqları tullantıları birgə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra, bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Tullantıların toplanmasının ardından gənclər təmizlənmiş ərazidə musiqi sədaları altında əylənərək futbol, voleybol, badminton və s. kimi idman növlərində özlərini sınayıb, eyni zamanda müsabiqə və interaktiv oyunlarda iştirak edərək hədiyyələr qazanıblar.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, ölkəmizdə son dövrlərdə ətraf mühitin mühafizəsi ilə bağlı çox böyük işlər və layihələr reallaşdırılır. IDEA İctimai Birliyi vətəndaş cəmiyyəti adından çıxış edərək daim belə ekoloji təmizlik aksiyaları təşkil edir. Biz də Gənclər Fondu olaraq bu layihələrə, aksiyalara biganə qalmırıq. Bu tədbirdə də 300-dən artıq gəncin iştirakı bu işə böyük maraqdan xəbər verir. Bu sahədə aparılan təbliğat işləri deməyə əsas verir ki, gənclərimiz belə tədbirlərə qoşulmaqda maraqlıdır. Bu özlüyündə olduqca yaxşı haldır.
Könüllülər Mehri Qulamova, İsa Bayramov, Zeynalabdin İskəndərzadə və digərləri belə ekoloji aksiyaların ətraf mühitin və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Onlar bu nəcib təşəbbüsə, eləcə də aksiyada gənclərin fəal iştirakı üçün yaradılmış imkana görə IDEA İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.
“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 10-cu aksiyadır. Bu aksiyalar çərçivəsində ümumilikdə sahillərdən 50 tona yaxın tullantı toplanaraq çeşidlənib və təkrar emala göndərilib.
Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi Planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

