Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir
18.09.2018 [09:47]
Bakı şəhərinin orta məktəblərində “Bilik günü” təntənəli şəkildə qeyd olunub
Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Dövlət başçısının yüksək diqqəti sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsini, yüksək nəticələrin qazanılmasını təmin edib.
Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və bu gün “Bilik günü” elan edilir. Hər il olduğu kimi, bu il də Bakı şəhərinin orta məktəblərində “Bilik günü” təntənəli şəkildə qeyd olunub.
Bu il “Bilik günü” şənbə gününə təsadüf etdiyindən müntəzəm dərslər sentyabrın 17-dən başlayıb. Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub. Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə vətənpərvərlik, milli mənəvi dəyərlər, müstəqilliyimizin rəmzi olan Azərbaycan Respublikasının üçrəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat veriblər.
İlk dərs günü sevincini paylaşmaq üçün paytaxtın bir neçə məktəbinə yollandıq. İlk ünvanımız isə Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli orta məktəb oldu. Məktəbə yollanan şagirdlərin sevinc və həyəcanları görülməyə dəyərdi. İlk zəng çalındı və uşaqlar məktəbə daxil oldular. Daha çox həyəcanlı görünən birinci sinif şagirdləri gül çələnglərini bu gündən etibarən əmanət olduqları müəllimlərinə təqdim edərək ilk tanışlığa başladılar. Məktəb həyatının ilk günlərinə qədəm qoyan birincilərdən daha da həyəcanlı onların valideynləri idi, desək, heç də yanılmarıq. Valideynlər məktəbin önündə böyük izdiham yaratmışdılar. Burada şagirdlərdən çox valideynlər, nənə və babalar nəzərə çarpırdı. Nəhayət ki, zəng çalındı və beləcə ilk dərs günü başa çatdı...
Leyla və Banu Paşşanova bacıları məktəbəhazırlıq qrupunda təhsil alırlar. Əkiz bacılar isə məktəbə nənələri Nabat Qasımova ilə birlikdə gəliblər: “Nəvələrimin bu gün ilk dərs günü idi. Onları ayrı-ayrı sinfə qoymağın daha düzgün olduğunu düşündük. Beləcə sosiallaşmaqlarında və məktəbə adaptasiya olmalarında heç bir problemlə qarşılaşmazlar. Dediklərinə görə, dərsləri çox uğurlu keçib. Xüsusilə də müəllimlərindən çox razı qalıblar. Mən özüm də təqaüdçü müəlliməyəm. Təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə Azərbaycan Prezidentinə öz dərin təşəkkürümü bildirirəm”.
“Məktəbin şagirdləri hər il bilik yarışlarında yüksək nəticələr göstərirlər. Məzunlar yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olunurlar”. Bu barədə 23 nömrəli orta məktəbin ibtidai sinif müəlliməsi Zərifə İsgəndərova deyib. Qazanılan uğurları dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirən məktəbin müəllimi yeni tədris ilində nailiyyətləri daha da yüksəltməyə çalışacaqlarını bildirib. “Mən şagirdlərimlə müəllim kimi yox, bir ana kimi davranıram. Belə olduqda onlar müəllimə etibar edir və müəllimdən qorxmurlar. Mən özüm də bir anayam. Valideynləri çox gözəl anlayıram”, - deyə əlavə edib.
Valideyn Təhminə Vəliyeva da övladının birinci sinfə getməsindən böyük sevinc hissi keçirdiyini deyir: “Təhsil gələcəyimizin təminatıdır. Uğurlu gələcəyə gedən yol məktəbdən başlayır. Valideyn olaraq çalışırıq ki, biz də uşaqlarımıza təhsil verək, onları ölkəmiz üçün yararlı övlad kimi yetişdirək. Övladlarımıza uğurlu təhsil vermək biz valideynlərin borcudur. Bu işdə müəllimlərin üzərinə böyük yük düşür. Əminəm ki, mənimlə bərabər, onlar da övladıma qayğı göstərəcək”.
Növbəti üz tutduğumuz ünvan isə M.Rahim adına 7 saylı tam orta məktəb oldu. Şagirdlər 3 aylıq tətildən sonra dostlarına və sevimli müəllimlərinə qovuşmağın sevincini yaşayırdılar.
Valideyn Anar Mehdiyev deyir ki, övladının yaxşı təhsil alması hər bir valideynin arzusudur: “Bu işdə valideyn qədər müəllimin də üzərinə ağır yük düşür. Qızım Selcan ikinci sinifdə oxuyur. Günlərdir məktəbin açılmasını gözləyirdi. Bu sevgini də balalarımıza, sözsüz ki, müəllimləri aşılayırlar. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri var”.
Elə həmin məktəbdə təhsil alan şagirdin anası Günay Nəcəfzadə bu il oğlunun dördüncü sinfə getdiyi üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Novruzun məktəbə getdiyini, dərslərini mükəmməl mənimsədiyini, tələbə adını qazandığını görmək mənim ən böyük arzularım sırasında yer alır. Övladımın müasir dünyada həm özünə yer tapmasını, həm ölkəyə faydalı bir vətəndaş kimi yetişməsini arzu edirəm”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

