“Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
20.09.2018 [09:10]
Sentyabrın 19-da “Səs” İnformasiya Agentliyinin (SİA) 10 illik yubileyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə “Səs” İnformasiya Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, müasir müstəqil Azərbaycanın ilk mətbu orqanı olan “Səs” qəzeti və bu gün 10 illik yubileyini qeyd etdiyimiz “Səs” İnformasiya Agentliyi (SİA) dövlətimizin yaratdığı geniş imkanlardan bəhrələnərək öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qura bilib. Onun sözlərinə görə, “Səs” qəzeti heç nədən çəkinmədən, təqib və təzyiqlərdən hücumlardan qorxmadan Ulu öndər Heydər Əliyevin milli maraqlara söykənən fikirlərini geniş oxucu kütləsinə çatdırıb. Eləcə də, sağlam fikirli ziyalıları bir araya gətirən “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının bəyanatlarını, yığıncaqlarını və s. tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.
Bəhruz Quliyev qeyd edib ki, “Səs” qəzeti yarandığı gündən yenilənməyə meyilli olub, bu sahədəki hər bir dəyişiklikdən, yenilikdən istifadə edib. Qəzet modernləşərək öz bazasında “Səs” İnformasiya Agentliyini və “Səs” TV internet televiziyasını yaradıb. Bu gün “Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Agentliyin ölkəmizin regionlarında olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və digər Orta Asiya respublikalarında, eləcə də İran, Almaniya, Ukrayna, Moldova və digər ölkələrdə müxbir postları fəaliyyət göstərir. Onun sözlərinə görə, media qrupu bununla da kifayətlənməyərək yaxın gələcəkdə əhatə dairəsinin daha da genişlənməsi üçün fəaliyyət planları üzərində iş aparır.
“İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır”, - deyən B.Quliyev vurğulayıb ki, sağlam rəqabətdə SİA-nın da öz dəst-xətti və yeri var.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, “Səs” qəzeti Azərbaycanın müstəqilliyinin ilk illərində ərsəyə gəlib. O diqqətə çatdırıb ki, o zaman qəzet çıxarmaq çox çətin məsələ idi. Xüsusən bu qəzetdə Ulu öndər Heydər Əliyevin hüquqlarının müdafiəsi olduqca çətin idi. “Həmin dövrdə 3 dəfə “Səs” qəzetini bağlayıblar, iki dəfə hücum ediblər. Lakin “Səs” qəzeti bütün bu çətinliklərin öhdəsindən layiqincə gəldi. Sevindirici haldır ki, bu gün “Səs” qəzeti inkişaf etməklə yanaşı, iki yeni media orqanı - “Səs” İnformasiya Agentliyi və “Səs” TV-ni yarada bilib”, - deputat vurğulayıb.
S.Novruzov əlavə edib ki, “Səs” Media Qrupunun Azərbaycan media məkanında xüsusi yeri var. Onun sözlərinə görə, xəbərlərin cəmiyyətə operativ çatdırılması baxımından SİA bir nümunədir.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “Səs” İnformasiya Agentliyi hadisələr barədə cəmiyyətə operativ informasiya verən bir agentlikdir. O deyib: “Səs” İnformasiya Agentliyi jurnalistikanın bütün prinsiplərinə əməl edir, hadisələrə dövlətçilik, milli maraqlar çərçivəsində yanaşma prinsipini özünün əsas prinsipi kimi tutur”.
Sonra Mətbuat Şurasının diplomu “Səs” Media Qrupuna təqdim edilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, “Səs” İnformasiya Agentliyi “Səs” qəzetinin davamıdır və getdikcə genişlənir. O qeyd edib ki, “Səs” qəzeti Azərbaycanın dövlət müstəqilliyi ilə yaşıddır. Həmin dövrdə bu qəzet çox geniş təbliğat aparırdı, Ulu öndər Heydər Əliyevin fəaliyyətini geniş işıqlandırırdı. Qəzetin ardınca “Səs” İnformasiya Agentliyi və “Səs” internet televiziyası yarandı. “Səs” qəzeti bu gün də cəmiyyətin informasiya ilə təmin edilməsində mühüm rol oynayır.
M.Qurbanlı komitə adından “Səs” Media Qrupuna mükafat təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30

