/ / KİV nümayəndələrinin iştirak etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir
KİV nümayəndələrinin iştirak etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir
27.09.2018 [09:27]
Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir.
AZƏRTAC xəbər verir ki, Qusar rayonunda keçirilən təlimdə bu gün Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları - Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev təqdimatlarla çıxış ediblər.
Təlim iştirakçıları “Malların gömrük ərazisinə gətirilməsi və aparılması; nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi”, “Yaşıl dəhliz” və digər buraxılış sistemləri”, “Ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər”, “Sərnişinlər üçün nəzərdə tutulan “Yaşıl dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemləri”, “Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri; gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operator institutu” mövzularında məlumatlandırılıb.
Günün ikinci yarısında isə təlim iştirakçıları Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postuna səfəri təşkil olunub və media nümayəndələrinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı yaradılıb. Media nümayəndələrinə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verildikdən sonra onlar idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.
Eyni zamanda, media nümayəndələri Nazirlər Kabinetinin 305 saylı qərarının icrasının tətbiqini müşahidə ediblər.
Xatırladaq ki, sentyabrın 25-də başlayan tədbir ayın 29-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxHadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20

