/ / “Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib” mövzusunda tədbir təşkil olunub
“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib” mövzusunda tədbir təşkil olunub
19.10.2018 [09:00]
Oktyabrın 18-də Dövlət Təhlükəsizliyi Xidmətində “Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
General-polkovnik Mədət Quliyev çıxış edərək bildirib ki, xalqımızın əsrlərboyu arzusunda olduğu müstəqil dövləti öz dühası və yorulmaz səyləri ilə qurub, qoruyub və gələcək nəsillərə əmanət etmiş Ümummilli lider Heydər Əliyevin misilsiz dövlətçilik xətti hazırkı yeniləşmə və müasirləşmə mərhələsində Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, dövlətimizin başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi milli inkişaf strategiyası sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün xariqələr yaradır, yeni tərəqqi zirvələrini inamla fəth edir. Ulu öndərin şah əsəri olan müasir Azərbaycanın son 15 ildə bütün sahələrdə əldə etdiyi nailiyyətlər və zəfərlər bir daha sübut edir ki, dövlətin sükanı etibarlı və qüdrətli əllərdədir. Alternativi olmayan bu qətiyyətli siyasət nəticəsində dövlət müstəqilliyimiz, hərbi potensialımız, xalq-iqtidar vəhdəti və milli həmrəylik günbəgün daha da möhkəmlənir, ölkəmizin heyrətamiz inkişafı və qazandığı möhtəşəm nailiyyətlər hər bir vətənpərvər azərbaycanlı tərəfindən sonsuz rəğbət və iftixar hissi ilə qarşılanır.
Milli Məclis sədrinin müavini Bahar Muradova Dövlət Təhlükəsizliyi Xidmətində belə bir əlamətdar tarixə həsr olunan tədbirdə çıxış etməkdən qürur duyduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin şanlı peşəkarlıq məktəbinin davamçılarına həyatda və xidmətdə müvəffəqiyyətlər arzulayıb.
Bahar Muradova bildirib ki, hakimiyyət sükanının arxasında durduğu ilk gündən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını vəd edən və bu 15 il ərzində sözlə əməlin vəhdət nümunəsini ortaya qoyan dövlətimizin başçısı İlham Əliyev bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi qüdrətinin artmasına, mədəni və elmi cəhətdən tərəqqisinə sərf etməkdədir. Bu gün Prezident İlham Əliyev Ulu öndərin şah əsəri olan, müstəqilliyini etibarlı şəkildə qoruyub saxlayan, azad və firavan bir dövlətin lideri olaraq ölkə vətəndaşlarının rifahı və xoşbəxt gələcəyi, ləyaqətli həyat tərzi naminə göstərilən xidmətlərin müəllifi kimi tarixi missiyanın daşıyıcısıdır.
Qeyd edək ki, bu mövzuda tədbirlər Dövlət Təhlükəsizliyi Xidmətinin bütün struktur bölmələrində keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

