“Virtualkarabakh.az” portalının yeni versiyası ictimaiyyətə təqdim olunub
20.10.2018 [10:16]
Oktyabrın 19-da “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “virtualkarabakh.az” portalının yeni versiyasını ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə İctimai Birliyin hazırladığı, Qarabağ mövzusuna həsr olunan qısa, lakin məzmunlu infovideolar və “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin türk dilində versiyası təqdim olunub.
İctimai Birliyin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev tədbirdə çıxış edərək 2013-cü ilin dekabrında ilk portalın təqdim edildiyini söyləyib. O bildirib ki, internet resursu bu illər ərzində minlərlə insanın Qarabağ haqqında informasiya almasına xidmət edib. Lakin keçən dövr ərzində informasiya resurlarına olan tələb dəyişib. İctimai Birlik yeni tələbləri nəzərə alaraq, dizayn baxımdan modern, istifadə baxımdan funksional, daha çox vizual məhsulların əksini tapdığı yeni portal hazırlayıb. Yaşadığımız qlobal informasiya cəmiyyətində ölkəmiz haqqında düzgün informasiyanın çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında məlumatların dünyaya çatdırılması üçün funksional, dizayn baxımdan müasir, zəngin məlumatlar təqdim edən informasiya resurslarına ehtiyac duyulur. Təqdim olunan virtualkarabakh.az portalının yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir.
“Portal müasir dövrün tələblərinə uyğun daha dinamik, yeni dizayn standartları ilə orijinal proqram üzərində yenidən qurulub. İnternet resursu dayanıqlıdır, qorunur və axtarış sistemlərinə uyğun köklənib. Bu isə müxtəlif beynəlxalq axtarış platformalarında portalın məlumatlarının daha tez tapılmasına kömək edəcək”, - deyə natiq əlavə edib.
Diqqətə çatdırılıb ki, yeni portalda Qarabağın tarixi, mədəniyyəti, təbiəti, münaqişə haqqında informasiyalarla yanaşı, sənədli filmlər, elektron məhsullar, mobil tətbiqlər, yeniyetmə və gənclər üçün Qarabağ mövzusunda virtual oyunlar, qısa və məzmunlu məlumat verən infoqrafikalar, infovideolar, bir çox Qarabağ xanəndələrinin musiqilərinin, filmlərin səsləndirildiyi radio, müasir proqram təminatlı kitabxana, müasir proqram təminatlı xəritələr, interaktiv təklif bölməsi yerləşdirilib. Qarabağla bağlı ümumiləşmiş informasiya resursu olan portalda Azərbaycanın bu qədim ərazisinə dair çoxlu sayda foto və videonun yerləşdiyi qalereya da istifadəçilərə təqdim olunub. Yeni portalda gənclərin foto-info metodu ilə məlumatlanması üçün ayrıca slayd fəaliyyətə başlayıb. Portal həm bütövlükdə cəmiyyətimizin, həm də yeniyetmə və gənclərimizin məlumatlanmasına xidmət edəcək.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev portalın əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, portal həm cəmiyyətimizin, həm də yeniyetmə və gənclərimizin məlumatlanmasına xidmət edəcək. Bu gün təqdim edilən yeni portalı Qarabağla bağlı dolğun informasiya resursu adlandırmaq olar. Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya yayılmasında gənclərimizin fəallığının artırılması təqdirəlayiqdir. “Bu gün qlobal informasiya cəmiyyətində yaşayırıq. Bu isə bizdən dünya ictimaiyyətinə ölkəmiz haqqında düzgün informasiyanın çatdırılmasını tələb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında məlumatların dünyaya çatdırılması üçün funksional, müasir, baxımlı informasiya resurslarına ciddi ehtiyac duyulur. Zənnimcə, bu gün təqdim edilən portalın yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir”, - deyə Ü.Quliyev əlavə edib.
Tədbirdə digər çıxış edənlər də portalın Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasındakı əhəmiyyətini yüksək qiymətləndirib, internet resursunun gənclərin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq yaradılıb. Mərkəz ötən ilin oktyabrında dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi adlandırılıb. İctimai Birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Qarabağ haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat çatdırmaqdır. İctimai Birlik bu günədək Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

