“Reket” jurnalistika ilə məşğul olanlar qanun qarşısında cavab verməlidirlər
31.10.2018 [08:26]
Mütəxəssislər hesab edirlər ki, milli mətbuatımızın inkişafına əngəl törədən bu kimi neqativ halların aradan qaldırılması üçün ictimai qınaqla yanaşı, hüquqi müstəvidə də ciddi tədbirlər görülməlidir
Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə qorunur. Eləcə də mətbuatın azad inkişafı üçün münbit şərait yaradılıb, dövlətimiz bu istiqamətdə hər zaman öz qayğısını və diqqətini göstərir. Təəssüf ki, bir sıra şəxslər yaradılan bu münbit şəraitdən sui-istifadə etməyə çalışır, jurnalistikadan öz çirkin niyyətləri üçün yararlanmaq istəyirlər. Bu cür qanun pozuntuları isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, müvafiq tədbirlər görülür. Yeri gəlmişkən, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb. DTX-nin ictimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Məsələyə münasibət bildirən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, uzun illərdir “reket” jurnalistikaya qarşı mübarizə aparılır. Baş redaktor qeyd edib ki, yazılı mediadan internetə transformasiya edən “reket” jurnalistlər ayrı-ayrı şəxsləri, dövlət təsisatlarını, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq üçün ən çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə alırlar. Bir növ, ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər: “Belələri hətta eyni vaxtda 10-15-20 sayt idarə edirlər. Heç bir kollektivləri olmur, yalnız bir admin işlədirlər. Bir neçə dəstəbaşı var ki, fəaliyyətlərin tənzimlənməsi ilə əsasən onlar məşğul olurlar. Bəzi sayt rəhbərlərinin heç ali təhsili də yoxdur. Bəziləri keçmişdə məhkumluq həyatı yaşayanlardır. Bir sözlə, sırf kriminal fəaliyyətlə məşğul olan belələri mətbuatın üz qaralarıdır. Təsəvvür edin ki, dövlət qurumları, özəl şirkətlər öz işlərini, ciddi media ilə münasibətləri bir kənara qoyub, onlarla mübarizə aparmağa məcburdurlar. Ona görə də “reket saytlar”a qarşı kompleks və təsirli mübarizə başladılmasının vaxtı çatıb. Artıq ictimai qınaqla kifayətlənmək olmaz. Təcrübə göstərir ki, bunlar heç vaxt ictimai qınaqla yollarından çəkiləcək şəxslər deyillər. Bir sözlə, bu kriminal ünsürlərə qarşı kompleks tədbirlər görülməlidir. Mətbuat Şurasının “reket” jurnalistikası ilə bağlı başlatdığı iş alqışlanmalıdır. Müəyyən dövlət strukturları, təhlükəsizlik orqanları, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, dövlət qurumları bunlarla mübarizə işinə cəlb olunmalıdır. Bu şəxslərə mətbuat nümayəndəsi kimi deyil, kriminal ünsür kimi yanaşılmalıdır. Mətbuatı hər addımbaşı gözdən salan mənbələrə giriş məhdudlaşdırılmalı, sahibləri hüquq müstəvisində cəzalandırılmalıdır. Jurnalistikanın adından istifadə edən bu adamlar görməlidirlər ki, bunların hərəkətləri cəzasız qalmayacaq”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Azərbaycanda mətbuat və söz azadlığının mövcud imkanlarından sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması milli təhlükəsizliyin və ictimai həmrəyliyin çox vacib şərtlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə bu istiqamətdə ictimai qınaq və hüquqi cəza müstəvisində atılan addımlar səmərə verir və özünü tam doğruldur. Belə ki, Mətbuat Şurasının tənbeh tədbirləri və hüquq-mühafizə orqanlarının addımları prinsipcə bir-birini tamamlayır və hüquqi dövlətçilik mühitinin daha da təkmilləşməsinə öz töhfəsini verir. Mətbuat Şurasının konkret media subyektləri ilə bağlı qərar və tövsiyələri əksər hallarda anlayışla qarşılanaraq fəaliyyət üçün əsas götürüldüyü halda, peşə etikasına və müvafiq qanunlara saymazyana yanaşaraq öz ziyanvericilik işini davam etdirən media rəhbərləri də tapılır: “Bu günlərdə “Realliq.info” saytının rəhbəri İkram Rafiqoğlu ilə bağlı hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərar sərt görünsə də, yetərincə böyük əsaslara malikdir. Azərbaycan hüquqi cəmiyyəti möhkəm bərqərar etmək yolu ilə getdiyi üçün burada bütün peşələr kimi, jurnalistlərin də fəaliyyəti qanunla və peşə etikası qaydaları ilə tənzimlənir, eləcə də bütün cəzalar qanun çərçivəsində həyata keçirilir. İkram Rafiqoğlu Mətbuat Şurasının tövsiyə və iradlarına illər boyu pozucu və bloklayıcı münasibətlə özü haqqında hüquqi müstəvidə müvafiq qərarın qəbul edilməsini tam yetişdirdi, hüquqi cəzasını aldı”.
A.Quliyev qeyd edib ki, hər bir media orqanı və jurnalist dövlətin himayəsi altında olduğu kimi, toxunulmaz və dövlət adından çıxarılan qanuni cəzadan yan keçmək imtiyazına malik ola da bilməz: “Dövlət müvafiq cəzalarla istənilən şəxsə həm də islah olunmaq şansı verir. İkram Rafiqoğlu barədə hüquqi qərar jurnalist adı altında həyata keçirilən qanunazidd əməllərin qarşısının alınması naminə atılmış addımdır. İkram Rafiqoğlunun taleyini yaşamaq istəməyənlər jurnalist adı altında insanların şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması, şantaj edilməsi kimi əməllərdən uzaq durmalı, jurnalist adına və peşəsinə hörmət etməlidirlər”.
O bildirib ki, Azərbaycanda peşə və qanun prinsipləri ilə aparılan əsl jurnalist fəaliyyəti dövlət və şəxsən cənab Prezident tərəfindən dəstəklənir, himayə edilir və həvəsləndirilir: “Jurnalist adından sui-istifadə şəraitində göstərilən digər qanunazidd əməllərin isə qarşısı davamlı şəkildə alınmalıdır. Bunu cəmiyyətimizin, dövlətimizin və həqiqi jurnalistikanın inkişaf etdirilməsi maraqları tələb edir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, Mətbuat Şurası daima “reket” jurnalistikaya qarşı mübarizə aparır. Bununla bağlı Şurada müvafiq komissiya da fəaliyyət göstərir. Baş redaktor vurğulayıb ki, bu məsələ ilə bağlı çoxsaylı şikayətlər olur və bunların hər birinə baxılır, eyni zamanda, bunun üçün MŞ-nin “qara siyahı”sı da tərtib olunub: “Reket” jurnalistikasına qarşı mübarizə üçün ictimai qınaq səviyyəsində müzakirələr aparmaq metodu seçilib. Amma “reket” jurnalistikanın seçdiyi yol cinayət işidir, cinayət aktıdır. Bunun üçün hüquq-mühafizə orqanları tərəfindən zamanla ayrı-ayrı müəyyən şəbəkə formalaşdıran və bu şəbəkəyə daxil olan “jurnalistlər”ə qarşı cinayət işi açılıb, məhkəmə prosesləri keçirilib və onlar zərərsizləşdirilib. Həmin “jurnalistlər” zamandan asılı olaraq öz rənglərini dəyişirlər, amorfdurlar. Yəni formalarını və rənglərini dəyişirlər”.
Baş redaktor qeyd edib ki, hazırda bu cür saytların sayı həddindən artıq çoxalıb: “Çünki çap mətbuatı müəyyən qədər məbləğ tələb edir. Ancaq saytlar üçün domen əldə etmək müəyyən mənada ucuz başa gəlir. Daha sonra bu saytlar ətrafına özləri kimi insanları cəlb edərək ayrı-ayrı insanlara şantaj yolu ilə böhtan, şər atırlar. Bununla da öz mənfur əməllərini həyata keçirirlər. “Reket” jurnalistlərə qarşı həm Mətbuat Şurası, həm də hüquq-mühafizə orqanlarının birgə tədbirləri olub və hesab edirəm ki, son dönəmlərdə aparılan işlərin də nəticələri var. Bu prosesi izlədikdə aydın görünür ki, hüquq-mühafizə orqanları tədbir gördükdə həmin şəbəkənin digər üzvləri öz əməllərindən müəyyən müddətlik geri çəkilirlər. Lakin özləri üçün əlverişli mühit yaranan kimi yenidən ortaya çıxırlar. Bunlara bu mühiti yaratmamaq və daim üzərlərinə getmək lazımdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

