/ / Bakıda “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda müzakirələr aparılıb
Bakıda “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda müzakirələr aparılıb
01.11.2018 [09:05]
Oktyabrın 31-də Bakıda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə reallaşdırdığı “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrant proqramı çərçivəsində “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, peşə təhsili müəssisələri əməkdaşlarının, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təmsilçilərinin, ekspertlərin iştirak etdikləri tədbirdə təhsil naziri Ceyhun Bayramov ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini bildirib və bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Nazir peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğunu, bu sahədə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
C.Bayramov “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”, “Peşə təhsili haqqında” Qanunun əhəmiyyətini qeyd edib, peşə təhsilində uğurlu nəticələrin əldə olunacağına əminliyini vurğulayıb. Nazir informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınmasının Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri olduğunu deyib. O, bu sahədə beynəlxalq əməkdaşlığın səmərəli olduğunu vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda müasir meyillərin peşə təhsili qarşısında yeni tələblər qoyduğunu və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara tələbatın artdığını söyləyib, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai həyata keçirilən layihələrin ölkəmizdə peşə təhsili sisteminin məzmun və keyfiyyətinin yaxşılaşdırılmasına təkan verdiyini bildirib, yeni yaradılan mərkəzlərin peşə təhsilinin inkişafı sahəsində mühüm rol oynayacağına inamını ifadə edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Aleksandra Nerisanu təmsil olunduğu qurum ilə ölkəmiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, əsas diqqətin respublikamızda peşə təhsilinə yönəldiyini və bir sıra birgə layihələrin həyata keçirildiyini söyləyib.
Tədbirdə informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanacaq normativ sənədlərlə bağlı geniş müzakirələr aparılıb.
Sonra plenar iclaslarda “Vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması Qaydaları” layihəsi barədə beynəlxalq ekspertlərin fikirləri dinlənilib.
Qeyd edək ki, konfrans Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

