/ / Daşkənddə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib
Daşkənddə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib
13.11.2018 [09:32]
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, Bakıdakı “Kaspi” qəzeti və eyni adlı təhsil şirkətinin dəstəyi ilə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetdə keçirilən tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və idarə heyətinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə gül və çiçəklər düzüblər. Sonra onlar AMM-in təşəbbüsü ilə universitetdə yaradılan Nizami Gəncəvi İrsinin Tədqiqi Mərkəzi ilə tanış olub və foyedə təşkil edilən “Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab və əl işləri sərgisinə baxıblar.
Tədbir çərçivəsində AMM-in, “Kaspi” qəzeti və eyni adlı təhsil şirkətinin layihəsi ilə Daşkənddə özbək dilində işıq üzü görən Hüseyn Cavidin “Seçilmiş əsərləri” kitabı ictimaiyyətə təqdim edilib.
Açılış mərasimində çıxış edən universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov Azərbaycan və özbək xalqları arasında tarixi dostluq əlaqələrindən danışıb, AMM-in layihəsini yüksək qiymətləndirib. O, dahi Hüseyn Cavidin əsərlərinin Özbəkistanda həmişə maraqla qarşılandığını qeyd edib, şairin yaradıcılığından bir sıra özbək mütəfəkkirlərinin bəhrələndiyini söyləyib. Rektor ötən əsrin əvvəllərində özbək maarifçilərinin Hüseyn Cavidin əsərlərini özbək dilinə tərcümə etdiklərini, bu əsərlərin Daşkənd və Səmərqənddə səhnələşdirilərək xalqın maariflənməsinə töhfə verdiyini bildirib.
AMM-in direktoru Samir Abbasov qədim zamanlardan Dədə Qorqud, Manas, Alpamış, Koroğlu kimi eposlar yaradan, Nizami Gəncəvi, Əlişir Nəvai, Füzuli, Nəsimi, Babur, Hüseyn Cavid kimi şəxsiyyətlər yetişdirən xalqlarımızın öz mədəniyyəti, ədəbiyyatı ilə qürur duyduqlarını vurğulayıb.
Hüseyn Cavid irsinin Azərbaycanda geniş araşdırıldığını qeyd edən S.Abbasov Ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi dramaturqun nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi və doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, habelə Prezident İlham Əliyevin Sərəncamı ilə ədibin 135 illik yubileyinin ölkəmizdə və dünyanın müxtəlif yerlərində geniş qeyd edilməsini ədəbiyyatımıza böyük qayğı kimi dəyərləndirib: “Cavidin zəngin fəlsəfi irsi, ölməz əsərləri yaşayır və yaşayacaq, şairin poeziyası və dramaturgiyası dünya romantizm ənənələrindən bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə əbədi olaraq yazılıb”.
Özbəkistan ədəbiyyatının tanınmış siması, akademik Bəxtiyar Nazarov qardaş Azərbaycanla ədəbi əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu qeyd edib, Hüseyn Cavid irsinin daim araşdırılmasına, öyrənilməsinə ciddi ehtiyac duyulduğunu vurğulayıb.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva romantizm cərəyanının nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə açan Hüseyn Cavidin yaradıcılığında xalqın milli məfkurəsini - türkçülük ideyalarını qorumaq və yaşatmaq kimi böyük missiyaların olduğunu qeyd edib. Vurğulayıb ki, milli məfkurəyə sıx bağlı olan Hüseyn Cavid türk xalqlarının birliyi, maariflənməsi yolunda yorulmadan çalışıb, ədəbiyyatımıza möhtəşəm qəhrəmanların obrazlarını gətirib. O, “Peyğəmbər” pyesində yaratdığı Peyğəmbər obrazı ilə bu mövzuda əsər yazan bütün sənətkarları üstələyib.
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyev XX əsr Azərbaycan romantizmi haqqında məruzə edərək, görkəmli şair və dramaturq Hüseyn Cavidin yaradıcılığının poetik fikirlərlə zəngin olduğunu vurğulayıb. Professor Hüseyn Cavid yaradıcılığında Qərb və Şərq obrazlarının qarşılaşdırılmasının bir məqsədə xidmət etdiyini, Şərqin bu gününü və gələcəyini xilas etmək olduğunu söyləyib.
Özbəkistan Yazıçılar Birliyinin tərcümə bölməsinin rəhbəri, dosent Adxambey Olimbeyov, professor Nurbay Cabbarov, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayev, filologiya elmləri doktoru Azər Turan, şair-tərcüməçi Babaxan Şərif və başqaları çıxış edərək zəngin və rəngarəng məzmuna malik olan Hüseyn Cavidin yaradıcılığında ədəbi-bədii, tarixi, dini, fəlsəfi yanaşmadan danışıblar.
Hüseyn Cavidin zəngin irsinin hər zaman öz aktuallığını qoruyub saxladığını qeyd edən alimlər, romantizm cərəyanın nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə yaradan dramaturqun yaradıcılığına nəzər salıblar. Onlar böyük ədibin ayrı-ayrı əsərləri, dramlarındakı qəhrəmanları haqqında söhbət açaraq deyiblər ki, Hüseyn Cavid tarixə həm də özbək xalqının böyük strateq və hökmdarı Əmir Teymurun ölməz obrazını yaradan sənətkar kimi düşüb.
Sonra qarşılıqlı olaraq tərəflər bir-birlərinə hədiyyələr və kitablar bağışlayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19

