/ / Bakıda keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans başa çatıb
Bakıda keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans başa çatıb
17.11.2018 [10:39]
Avropa Şurasının, Hüquqşünasların Beynəlxalq Komissiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans noyabrın 16-da işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə “Vəkillik peşəsinə qəbul: Təcrübələr və çağırışlar” və “Peşə müstəqilliyi üçün zəruri amil kimi peşəkar təlimlərin keyfiyyəti” mövzularında sessiyalar keçirilib. Sessiyalarda Azərbaycanda vəkilliyin inkişafı sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, digər ölkələrin vəkillik sahəsindəki təcrübələrindən, yeniliklərdən danışılıb, faydalı fikir mübadiləsi aparılıb.
İki gün davam edən və 4 sessiyada keçirilən konfransda müvəkkillərin insan hüquqlarının müdafiəsinin həyata keçirilməsi zamanı vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılıb. İştirakçılar vəkillik peşəsinin təşkili və idarə olunması, vəkil etikası və vəkillərin peşəyə qəbulu məsələlərini müzakirə ediblər. Müzakirələrdə, həmçinin Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyası tərəfindən təklif olunan, müstəqil vəkillik peşəsinin formalaşmasında vəkillər üçün təlimlərin roluna və müxtəlif resurslara xüsusi diqqət yetirilib.
Tədbirdə 16 xarici ölkənin, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, Avropa İttifaqının, Hüquqşünasların Beynəlxalq Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Vəkillər İttifaqının və digər beynəlxalq təşkilatların, hüquq cəmiyyətlərinin nümayəndələri, məhkəmələrin hakimləri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, Vəkillər Kollegiyasının təmsilçiləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

