Azərbaycan Prokurorluğunun nümayəndələri Praqada beynəlxalq konfransda iştirak ediblər
17.11.2018 [10:41]
Praqada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin 9-cu görüşü keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 27 ölkədən hüquqşünasların qatıldıqları görüşdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov və Baş İdarənin böyük prokuroru Elnur Musayev təmsil ediblər.
Çexiyanın baş prokuroru Pavel Zemanın, Rumıniyanın Antikorrupsiya Prokurorluğunun rəhbəri Anca Jurmanın və ACN-in rəhbəri Olga Savranın sədrlik etdikləri tədbirin əsas müzakirə mövzuları ötən il Şəbəkənin Bakıda keçirilmiş 8-ci görüşü zamanı müəyyən olunub. Çıxış edənlər Bakı görüşünün yüksək təşkilatçılıq səviyyəsindən məmnunluqlarını bildirib və buna görə minnətdarlıqlarını çatdırıblar.
Fəal müzakirələr və geniş fikir mübadiləsi formatında keçirilən tədbirdə korrupsiya hallarının aşkarlanması, məlumat azadlığı, rüşvətin verilməsi, mərkəzləşdirilmiş kredit və hesab reyestrləri, prokurorların müstəqilliyi, informasiya texnologiyaları və kriptovalyutalar vasitəsilə törədilən cinayətlərin araşdırılması, süni intellektin istintaqda tətbiqi, müxtəlif hüquqi sahələr üzrə beynəlxalq əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Həmçinin korrupsiya cinayətlərinin araşdırılması məqsədilə ixtisaslaşmış hüquq-mühafizə orqanlarının tətbiq etdiyi yeni araşdırma və təhlil vasitələri barədə məlumat verilib. Çıxışlarda müasir çağırışlara cavab vermək məqsədilə səylərin birləşdirilməsinin və davamlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Bu qəbildən olan cinayətlərin istintaqı zamanı talanmış və ya digər üsullarla ələ keçirilmiş əmlakın qaytarılması üzrə beynəlxalq əməkdaşlıq şəbəkəsinin fəaliyyəti, geniş həcmli sənədlərin təhlili üçün süni intellektə dayanan proqramların tətbiqi imkanları barədə məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin üçüncü sessiyasında “Prokurorluğun institusional müstəqilliyi: çağırışlar və ən yaxşı təcrübələr” mövzusunda çıxış edən Elnur Musayev bu sahədə mövcud beynəlxalq standartlar barədə məlumat verib, onların təcrübədə tətbiqinə dair təhlili nəticələri görüş iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə Avropanın qabaqcıl ölkələrində prokurorluğun istintaq və məhkəmə baxışı mərhələlərinə münasibətdə dəyişən rolunun tədqiqinə əsasən fərqli mexanizmlərin üstünlük və çatışmazlıqları barədə nəzəri fikirlər irəli sürülüb. Beynəlxalq təşkilatların bu sahədə qəbul etdiyi standartların reallaşdırılması ilə bağlı problemlərə toxunan Azərbaycan nümayəndəsi fərdi yanaşmanın vacibliyini praktiki misallarla əsaslandırıb.
Görüşün sonunda növbəti addımların və Şəbəkənin fəaliyyət prinsiplərinin təkmilləşdirilməsinin müzakirəsi zamanı qurumun fəaliyyətində davamlılığın təmin edilməsi, iştirakçıların dairəsinin sabitləşdirilməsi və konkret əməkdaşlar tərəfindən əlaqələndirilməsi, təqdim edilən uğurlu təcrübə haqqında məlumatın iştirakçı ölkələrdə yayılması, əməkdaşlıq nümunələrinin təbliği və s. məsələlərlə bağlı qərarlar qəbul olunub. Tədbirdə Şəbəkənin növbəti iclasının gələn il Mərkəzi Asiya bölgəsində keçirilməsi barədə razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

