Paytaxtın iki rayonunda iməcilik keçirilib
20.11.2018 [09:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paytaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları, istirahət parkları salınır. Bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında iməciliklər keçirilir. Növbəti iməcilik Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməcilikdə hər iki rayonun rəhbərliyinin, ictimaiyyətin, idarələrin və təşkilatların nümayəndələrinin, təsərrüfat xidmətlərinin, gəncləri iştirak ediblər. İməcilik Səbail rayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib.
İməciliklər zamanı təmizlik işləri görülüb, mövcud ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib, köhnələri isə təftiş olunub.
Hər iki rayonda keçirilən iməcilikdə Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd yeni zeytun və badam ağacları əkilib, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanılıb.
Paytaxtımızda keçirilən iməcilik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub.
Mövsüm ərzində Bakı şəhərində ərazilərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıq işləri ilə bağlı iməciliklər davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

